Icma.az
close
up
RU
ÖMÜRLÜK HƏBS: Bakıda aktyor və arvadının qətlinin TƏFƏRRÜATLARI

ÖMÜRLÜK HƏBS: Bakıda aktyor və arvadının qətlinin TƏFƏRRÜATLARI

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il oktyabrın 22-də Bakıda yaşlı ər-arvad qətlə yetirilir. Polis və prokurorluq əməkdaşları dərhal məlumat üzrə hadisə yerinə yollanır. Məlum olur ki, cinayət Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi, ev 3, mənzil 86-da baş verib. Divanın qarşısında 85 yaşlı İosif Tkaç və onun arvadı, 80 yaşlı Lyudmila Tkaçın meyitləri aşkar edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində Salyan rayonun Aşağı Kürkənd kəndində doğulan 1973-cü il təvəllüdlü İslam Hadıyev saxlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

Qətlə yetirilən aktyor və xanımı
İstintaqla müəyyən edilib ki, Lyudmila Tkaç İslam Hadıyevə 2024-cü il yanvarın 14-də oğurladığı 50.300 manat pul vəsaitini könüllü şəkildə qaytarmayacağı halda onu polisə şikayət edəcəyini bildirib. Buna görə İslam qadını və onun ərini öldürmək qərarına gəlib. Bu məqsədlə oktyabrın 21-i saat 14 radələrində onların yaşadığı ünvana gedib müşahidə aparıb. Lyudmila Tkaç evdən tək çıxıb, yaxınlıqda yerləşən mağazaya gedib və bazarlıq edərək, geri qayıdıb. Qapının kilidi müəyyən müddət açarla bağlanmayıb, İslam Hadıyev də bundan istifadə edib və saat 16  radələrində qapını açaraq içəri keçib. Aktiv müqavimət göstərə bilməyən İosif Tkaçın üzünə yumruqla zərbələr vuraraq, onu yerə yıxıb. Onun hərəkətlərinə mane olmaq üçün üzərinə gələn qadının da başına və üzünə yumruqla zərbələr vurub. Otaqdakı masanın üzərindən məişət təyinatlı bıçağı götürüb, yerdə müqavimətsiz halda uzanmış İosif Tkaçın, ardınca da arvadının boyun nahiyyəsinə çoxsaylı zərbələr endirib. Daha sonra qadına məxsus əl çantasından 1800 manat və 5 avro məbləğində pul vəsaitini götürüb. Otaqdakı əşyaları meyitlərin üstünə ataraq evi tərk edib. Beləliklə, İslam Hadıyev quldurluqla əlaqədar ər-arvadı öldürüb.


İş üzrə dindirilmiş İslam Hadıyev bildirib ki, 2021-ci ildə Bakıda, Binəqədi qəsəbəsində torpaq sahəsi alaraq, ev tikib. Fərdi qaydada santexnik işləyib:

“Yaşadığım qəsəbədə iş olmayan vaxtlarda 3-cü mikrorayon dairəsi ətrafına gedərək, orda usta axtaran müştəriləri gözləyirdim. 2022-ci ilin yay aylarında bazarda tanımadığım yaşlı kişi və qadınla tanış oldum. Onlara yaxınlaşıb öyrəndim ki, evlərində partlamış kanalizasiya borusunu təmir etmək üçün usta axtarırlar. Hər ikisi rus dilli idi, Azərbaycan dilində çətinliklə danışırdılar. Razılaşandan sonra onlarla birlikdə “Memar Əcəmi” metrosunun yaxınlığında yerləşən 5 mərtəbəli binanın qarşısına gəldik. 4-cü mərtəbəyə qalxdıq. Mətbəxdə əl-üz yuyanın altındakı kanalizasiya borusunu təmir edəndən sonra qadın mənə xidmət haqqı olaraq 35 manat verdi. Mobil nömrəmi istəyib dedi ki, təmir işi lazım olanda mənimlə əlaqə saxlayacaq. 2-3 aydan sonra həmin qadın “Whatsapp” tətbiqi vasitəsilə mesaj göndərərək, paltaryuyan maşını təmir etmək lazım olduğunu bildirdi.  Qadına İrina, kişiyə isə Eldar deyə müraciət edirdim. Əsl adlarını sonradan öyrəndim. 2024-cü ilin əvvəllərində qadın evdəki zibilləri yığmaq və stolu təmir etmək üçün məni yaşadıqları ünvana çağırdı. Evi təmizləyərkən, girişdən soldakı otaqda, yerdə tünd rəngli sellofan paketdə pul olduğunu gördüm.

Həmin torbanı yığdığım zibillərin arasında gizlətdim və işimi qurtarandan sonra evdən çıxdım. Öz evimdə açıb paketin içərisinə baxanda, orda təxminən 17000 dollar, 10000 manat və dəqiq yadımda qalmadığı məbləğdə avro gördüm. Pulları həyətdə, torpağı qazıb orda gizlətdim. Təxminən 2-3 gündən sonra Lyudmila zəng edərək, işi olduğunu deyib məni evə çağırdı. Qadın paketdə olan təxminən 50.000 manat pulu mənim oğurladığımı və həmin məbləği geri qaytarmağımı dedi. Təbii ki, evlərindən heç nə oğurlamadığımı bildirdim. Buna baxmayaraq, Lyudmila israrla pulları qaytarmayacağım halda, polisə şikayət edəcəyini söylədi”.

İslamın sözlərinə görə, oktyabrın 21-də səhər oyanandan sonra gedib marketdən yarım litrlik şüşədə araq alıb evə gəlib. Saat 15 radələrində Lyudmilanın evinin qarşısına gəlib:

“İçəri girən kimi İosif məni görüb əsəbləşdi. Uca səslə “niyə gəldiyimi və pullarını qaytarmağımı” dedi. Yenə onların evindən pul götürmədiyimi bildirib onun üzərinə getdim. Yumruqla üzünə zərbə vurdum. Sol tərəfdəki otaqdan mənə tərəf gələn Lyudmilaya da zərbə endirdim. İosiflə əlbəyaxa olaraq, onu otağa saldım və yumruq zərbələri ilə yerə yıxdım. Lyudmila ayağa qalxan kimi, yenə onu vurdum. Qadının qışqırıq səsinə qonşuların gələcəyini düşünüb cəld divanın yanındakı masanın üzərindən bıçağı götürdüm. Öncə yerdə uzanmış İosifin boyun nahiyəsinə 3-4 zərbə endirdim. Ardınca Lyudmilanın da boynuna bıçaqla zərbələr vurdum. Divanın üzərində olan pul qabının içərisindən bütün əskinasları götürüb cibimə qoydum. Evdə, eləcə də mərhumların üzərində əlavə pul və sair qiymətli əşyalar olmasına baxmadım. Evimə çatandan sonra pulları sayıb, 501 manat və 5 avro olduğunu gördüm. Paltarlarımı dəyişib, taksi ilə Salyan rayonun Aşağı Kürkəd kəndində yerləşən evimə getdim. Polis əməkdaşları tərəfindən orda saxlanıldım”.

İslam Hadıyev düşünüb ki, Lyudmila gec-tez onun barəsində şikayət edəcək. Buna görə də yaşadıqları evə gedib onu və ərini öldürüb. Onları ya bıçaqla, ya da boğub öldürməyi fikirləşib. 2024-cü ilin yanvar və ya fevral ayında maşın bazarından  özünə 16.000 manata 2008-ci il buraxılışlı “Kia” markalı avtomobil alıb. Daha sonra onu xatırlamadığı şəxsə satıb. Bundan başqa, Etibar adlı tanışı ona verdiyi 50.000 manat borcun qalan hissəsinin əvəzində ona “Wolksvagen” markalı avtomaşın verib.
Məhkəmə iclasında İslam Hadıyev özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, oktyabrın 21-də xidmət haqqını almaq üçün evlərinə getdikdə, qapını İosif açıb:

“İosif məndən çıxıb getməyimi tələb etdi. Bu zaman Lyudmila araya girdi. İosif bıçağı götürüb üstümə gələndə, həmin aləti əlindən alıb onun boğazına zərbə vurdum. Qadın qolumu tutub geriyə çəkərkən yıxıldı və bıçaq onun da boğazına girdi. Sonra baş verənləri isə xatırlamıram”.


Xarici ölkədə olduğuna görə məhkəmədə iştirak etməyən zərərçəkmiş şəxsin hüquqi varisi İrena Rubinçikin istintaqda verdiyi ifadəsi elan olunub. Yazılanlara əsasən, onun valideynləri yəhudi əsilli olublar, hər ikisi Bakı şəhərində dünyaya gəlib:

“Mən və bacım Anna ailə qurandan sonra Almaniyaya köçmüşük. Son 20 il ərzində atam İosif Akademik Rus Dram Teatrının aktyoru olub. Anam Lyudmila əvvəllər 9 nömrəli orta məktəbdə, sonradan isə Elitar Gimnaziyada riyaziyyat müəllimi işləyib. “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Anam aylıq 440 manat, atam isə 205 manat təqaüd alırdı. Axırıncı dəfə valideynlərim 2024-cü ilin iyun ayında Almaniyaya gələrək, təxminən bir ay  evimizdə qalıblar. Anamla oktyabrın 21-də səhər telefonla danışmışam. Saat 18:48-dən etibarən zəng etsəm də, artıq anam cavab vermədi. Ayın 22-də Natavan adlı sinif yoldaşıma zəng edərək, anamgildən xəbər tuta bilmədiyimi bildirdim. Rəfiqəm də tanışı Olqa Əhmədovanı valideynlərimin ünvanına göndərdi.

Olqa ora gedərək, evin qapısının azacıq aralı olduğunu görüb. İçəri keçərək, televizorun işlək və bütün əşyaların dağınıq vəziyyətdə olduğunun şahidi olub. Lyudmilanı səsləsə də, ona heç kim cavab verməyib. Qorxulu hadisə baş verdiyini düşünüb, 19-cu şöbəyə gedərək, bu barədə məlumat verib. Sonra əməkdaşlarla birlikdə həmin ünvana qayıdıb. Baxış zamanı Lyudmila və onun ərinin meyitləri girişdən soldakı otaqda aşkar edilib.

2023-cü ilin yaz aylarında danışarkən anam mənə yaşadığı evə iki usta çağırıb təmir işi gördürdüyünü, onlar gedəndən sonra pul itdiyini bildirib. Ustalardan şübhələndiyini söyləsə də, onların şəxsiyyəti və pulun məbləği barədə ona heç nə deməmişdi. Yalnız bununla bağlı polisə şikayət etdiyini demişdi”.
Məhkəmə hesab edib ki, İslam Hadıyevin əməlləri Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.6-cı, 120.2.7-ci, 120.2.9-cü və 120.2.11-ci (köməksiz vəziyyətdə, xüsusi amansızlıqla, başqa cinayəti gizlətmə məqsədi ilə, quldurluqla əlaqədar iki və ya daha çox şəxsi qəsdən öldürmə), 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə tövsif edilməli, ittihamdan 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi çıxarılmalıdır. Hadıyev həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İslam Hadıyev ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 İyun 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see157

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see122

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri