Ömürlük həbs hökmünün detalları açıqlandı
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb.
Axşam.az xəbər verir ki, Yalova Ağır Cinayətlər Məhkəməsinin 25 səhifəlik qərarında hadisə zamanı evdə yalnız Güllü, qızı Tuğyan və onun rəfiqəsi Sultan Nur Ulunun olduğu bildirilib. Kamera görüntülərinin araşdırılması nəticəsində həmin gün evə başqa şəxsin daxil olmadığı müəyyən edilib.
Məhkəmə hadisənin şahidi olan Sultan Nur Ulunun ifadəsini əsaslı hesab edib. O, ifadəsində Tuğyanın anasını arxadan bud nahiyəsindən tutaraq pəncərədən atdığını gördüyünü deyib. Şahid əvvəlki ifadəsində hadisə anını görmədiyini bildirsə də, sonradan bunu Tuğyanın ona zərər verəcəyindən və cinayəti onun üzərinə atacağından qorxması ilə izah edib.
Məhkəmə tibbi ekspertiza rəylərini də nəzərə alıb. Rəylərə əsasən, Güllünün ölümünə yüksəklikdən yıxılma nəticəsində aldığı ağır xəsarətlər, beyin qanaması və daxili orqanlarının zədələnməsi səbəb olub. Zəhərlənmə ehtimalını təsdiqləyən tibbi dəlil aşkarlanmayıb.
Qeyd edək ki, Tuğyan Ülkem Gülter oktyabrın 9-da anasını qəsdən öldürməkdə təqsirli bilinərək ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Məhkəmə onun cəzasında yüngülləşdirici hal tətbiq etməyib və həbsdə saxlanılmasına qərar verib.
Tuğyanın vəkili Merve Uçanok isə qərarın əsasən bir şahidin ifadəsinə söykəndiyini bildirərək hökmdən şikayət verəcəklərini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 24 Oktyabr 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















