On ayda 190 min manata yaxın maliyyə sanksiyası tətbiq edilib AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 3 dekabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən haqsız rəqabətə yolvermə ilə əlaqədar baxılması başa çatmış işlər üzrə 5 bazar subyektinə 189,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə müvafiq icrası məcburi göstəriş verilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd edilən dövr ərzində 23 bazar subyekti tərəfindən digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolvermə əlamətləri, 29 bazar subyekti tərəfindən isə bir sıra mal və ya xidmətlərin reklamı zamanı reklam qanunvericiliyinin tələblərinin pozulması halları könüllü aradan qaldırılıb.
Bu məlumat Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən təqdim olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















