On ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 4 faiz artım qeydə alınıb AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 181,5 milyon manat və ya 4 faiz artım qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 124,8 milyon manat və ya 8,7 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 315,9 milyon manat və ya 11,4 faiz artımla olub.

