On azərbaycanlı şahmatçı Polşada təşkil edilən Avropa çempionatına qələbə ilə başlayıb
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
On azərbaycanlı şahmatçı fərdi yarışlarda Avropa çempionatına qələbə ilə start verib.
İdman.Biz xəbər verir ki, Polşanın Katovitse şəhərində 2027-ci il Dünya Kubokuna seçim xarakteri daşıyan qitə birinciliyi start götürüb. Bu yarışda vəsiqə qazanmaq üçün ilk 20-liyə düşmək lazımdır.
Birinci turda 13 azərbaycanlı şahmatçıdan 10-u qələbə qazanıb. Onların arasında Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Riad Səmədov, Xəzər Babazadə, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva və Süleyman Süleymanlı yer alıb.
Azərbaycanın daha iki təmsilçisi Şiroğlan Talıbov və Əli Zuqanov heç-heçə edib, yeganə məğlubiyyəti isə Azərbaycanın aparıcı qrossmeysteri Şəhriyar Məmmədyarovun yetirməsi olan Xaqan Əhməd alıb.
Bu gün Avropa çempionatının ikinci turu keçiriləcək, ümumilikdə isə 11 turun baş tutması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 08 Aprel 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















