On beş aydan sonra Türkiyədə qiymətlər yenidən artmağa başladı
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Türkiyədə istehlak qiymətləri sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 33,29% yüksəlib.
Yeniavaz.com Türkiyə Statistika İdarəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu, ardıcıl on beş aylıq yavaşlamadan sonra inflyasiyanın yenidən sürətlənməsi deməkdir.
Avqustda göstərici 32,95% olub.
Sentyabrda ərzaq və alkoqolsuz içkilərin qiymətləri 33,1%, spirtli içkilər və tütün məmulatları 24,5%, geyim və ayaqqabı 9,8%, kommunal xidmətlər isə 51,4% bahalaşıb. Təhsil sahəsində qiymətlər 66,1% artıb və ən yüksək göstərici qeydə alınıb.
Aylıq müqayisədə də qiymətlər yüksəlib. Avqustla müqayisədə sentyabrda istehlak qiymətləri 3,2% artıb.
Onu da qeyd edək ki, Türkiyə dünyada yüksək inflyasiyanın olduğu ölkələrin ilk 10-luğunda yer alır.
Elnur Əli
Baxış sayı:117
Bu xəbər 03 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















