On bir ayda dövlət büdcəsinə 168,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 168,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-noyabr ayları ərzində 50 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 4 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 999 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 127,1 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-noyabr ayları ərzində 604-ü qeyri-yaşayış, 3.952-si torpaq sahələri üzrə olmaqla 4.556 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 41,6 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2025-ci ilin yanvar-noyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 168,7 milyon manat vəsait daxil olub.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 11 Dekabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















