On il əvvəl Ərdoğana edilən sui qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd həyata keçirilməsi üçün yaradılan qruplaşmaya kömək edən daha bir nəfər yaxalanıb.
"Report" bu barədə "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, həmin qruplaşmanın üzvlərindən Burkay Karatepe ilə əlaqəsi olan Ö.A. saxlanılıb. Onun B. Karatepeyə öz sim-kartını verdiyi və gizlənməsinə kömək etdiyi müəyyənləşdirilib. Ö.A. çıxarıldığı məhkəmədə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.
Daha əvvəl Türkiyənin Daxili İşlər Nazirliyi Ərdoğana sui-qəsd cəhdi ilə bağlı on ildir Qırmızı Bülletenlə axtarışda olan "Fətullahçı" terror təşkilatının (FETÖ) üzvünün yaxalandığını açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 02 Avqust 2026 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















