“ON və OFF” Həmid Herisçidən şeir
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Yəqin ki, bu şeirə seçim qarşısında qalan insanın şeiri desək, yanılmarıq.
Başqa sözlə, şeirdən onu da analiz etmək olar ki, bəzən bir düymənin iki vəziyyəti bütöv bir dünyanın taleyini müəyyənləşdirir:
“ON və OFF”, yəni “hə və ya yox”, “var olmaq və ya olmamaq…”.
Ancaq texnologiyanın sadələşdirdiyi bu seçim insan həyatında heç də həmişə sadə deyil.
Çünki insanın qarşısında dayanan sualların cavabı nə düyməyə basmaqla tapılır, nə də iki variantdan birini seçməklə.
Eynilə Ulrika Maynhoffun qarşısındakı suallar, tale yolu kimi.
Gununsesi.info Həmid Herisçinin qələmə aldığı, tarixin, müasir dövrün texnoloji həqiqətinin vəhdəti olan şeiri təqdim edir:
“ON VƏ OFF”
( ULRİKA MAYNHOFA)
Kür, Araz, Ararat,
Gücü cəmi 220 kilovatt
Bu acı həyat,
asılıdır bircə düymədən:
“ON” və “OFF”.
Bizim dildə desək,
“Hə və ya yox!”.
Bu seçimin dəqiq cavabını verib haçansa, ancaq Alman tətikçisi, solçu,
suiqəsdçi Ulrika Maynhoff!
Lev Trotskinin başını yaran
buz baltası alpenştok!
Ulrika, niyə Hamletin
“To be or not to be” sualı,
“Hə və ya yox?”
Dönüb oldu mənimçün
“Ərdoğan, yoxsa
İsrail prezidenti İshaq Hersoq?”.
“ON” və “OFF”,
Yəni ” Hə və ya yox?”
Ulrika, indi bütün suallara
cavab verir ancaq və ancaq Tiktok!
Sosial şəbəkələrdəki qışa işarə
-“Ok”.
Ulrika, Bakı bağlarına su daşıyan,
tinbaşı dayanan,
qapısı bağlanmayan
şırnağı daim sevgi ağlayan, damcılayan
tısbağalara uduzan “Kamaz”ların arxasıycan,
Elə et, axıracan gedim, axıracan.
Sənə, sevgilimə çatanacan.
Qoy, məndə qalsın tapancan.
Qurtar məni
“To be or not to be?”
sual-cavabından.
Payızdı…
Göy səmasını gərək izləyəm
son durnayacan.
P.S. “Hə və ya Yox?”
O sualın cavabını verib
Lev Trotskinin başını yaran
buz baltası alpenştok!
Əllər yuxarı!
Hände hoch!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 19 Oktyabr 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















