Icma.az
close
up
RU
Ona güclü və zəif tərəfləri izah edilməlidir Şura katibi

Ona güclü və zəif tərəfləri izah edilməlidir Şura katibi

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

"Azərbaycanda abituriyentlərin bəziləri ixtisas qrupunu seçəndə daha çox cəmiyyətin formalaşdırdığı “prestijli sahə” anlayışına, valideyn yönləndirməsinə və ya dost mühitinin təsirinə əsaslanır. Sonradan anlayırlar ki, seçdikləri istiqamət onların real maraq və bacarıqları ilə tam uyğun gəlmir, amma artıq dəyişiklik etməkdən çəkinirlər. Çünki bu dəyişiklik bəzi hallarda “uğursuzluq” kimi qəbul edilir. Halbuki dünya təcrübəsində istiqaməti yenidən müəyyənləşdirmək çox normal inkişaf mərhələsi sayılır".

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bunu 525.az-a bildirib. Onun sözlərinə görə, digər tərəfdən, şagirdlərdə “vaxt itirərəm”, “yenidən başlamaq çətin olar”, “ailəm razı olmaz” kimi psixoloji baryerlər də olur. Xüsusilə imtahan təzyiqi altında olan yeniyetmə üçün istiqamət dəyişmək bəzən risk kimi görünür. Halbuki düzgün istiqamət seçilməyəndə sonradan universitetdə motivasiya itkisi, peşədən narazılıq və hətta karyera dəyişiklikləri daha çox yaşanır. Bəzən şagird riyaziyyatdan yüksək nəticə göstərir, amma özü sosial sahələrə maraqlıdır, ya da əksinə. Sadəcə bal üstünə qərar verilir. Bal isə hər zaman potensialın tam göstəricisi olmur:

"Dünya təcrübəsində, xüsusilə Finlandiya, Kanada və Sinqapur kimi ölkələrdə peşəyönümü işi yalnız 11-ci sinifdə aparılmır. Şagirdlərin maraq, bacarıq və xarakter xüsusiyyətləri daha erkən yaşlardan müşahidə olunur. Məktəblərdə karyera məsləhətçiləri, psixoloqlar və mentor müəllimlər birlikdə işləyirlər. Şagird sadəcə “hansı qrupu seçim?” sualına yox, “mən hansı mühitdə daha uğurlu və xoşbəxt ola bilərəm?” sualına cavab axtarır. Bizdə də sınaq imtahanlarının nəticələri yalnız bal müqayisəsi üçün deyil, analitik şəkildə istifadə olunmalıdır: “Şagirdə sadəcə “filan bal toplamısan” demək kifayət etmir. Ona güclü və zəif tərəfləri izah edilməlidir. Məsələn, hansı tip suallarda daha uğurludur, hansı bacarıqları ön plana çıxır, hansı sahələrdə inkişaf potensialı görünür və s. Bunun üçün məktəblərdə psixoloji xidmətlə akademik istiqamətləndirmə bir-birindən ayrı deyil, əlaqəli şəkildə işləməlidir".

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Avqust 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri