Icma.az
close
up
RU
Onkoloji xəstə olan şəxs məscidə yerləşdirildi: Kömək edin, ölüb gedəcəyəm VİDEO

Onkoloji xəstə olan şəxs məscidə yerləşdirildi: Kömək edin, ölüb gedəcəyəm VİDEO

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Cəlilabad rayon Uzuntəpə kənd sakini, 1972-ci il təvəllüdlü Həsənov Sücayət Sabir oğlu baxıma möhtac vəziyyətdədir.

Ölkə.Az xəbər verir ki, bu barədə jurnalist Səid Qərib paylaşım edib. O bildirib ki, ağır onkoloji xəstəlikdən əziyyət çəkən S.Həsənovun yaşamağa evi yoxdur:

“Taleyi elə gətirib ki, yaxın qohumlarından onu qəbul edəcək kimsə yoxdur, uzaq qohumları tərəfindən də tərk edilib. 
Heç kimi olmadığına görə, küçələrdə qalmağa məcbur olub. Bir müddət əvvəl rayon xəstəxanasında əməliyyat olunub. Stasionar prosedurlar bitdikdən sonra evə buraxılıb, amma ev-eşiyi, qohumu-əqrəbası olmadığı üçün çöllərdə yaşamağa məhkum olunub. 
Qışın bu oğlan çağında özünə isti bir yer tapa bilməyən Sücayət bu yaxınlarda kənddəki məscidlərdən birinə pənah aparıb. Kənd sakinləri də onu yorğan-döşək və gündəlik azuqə ilə təmin etməyə başlayıblar.  Onun ciddi nəzarətə, müalicəyə, diqqətə və qayğıya ehtiyacı var” - jurnalist bildirib.

"Vəziyyətim göz qabağındadır, günü-gündən quruyuram. Gəlib mənə dəyməsələr, burada acından ölüb gedənin biriyəm. Bağırsağım çöldədir. Mənə kömək lazımdır, xahiş edirəm",- deyə S.Həsənov deyib.

Jurnalist xəstə və evsiz şəxsə dəstək göstərilməsi üçün Cəlilabad Rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinə çağırış edib.

S.Həsənovun vəziyyəti ilə bağlı Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq. Qurumdan Ölkə.Az-a bildirildi ki, Sücayət Həsənovun vəziyyətindən xəbərdardırlar və məsələ araşdırılır.

Billurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Yanvar 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri