Icma.az
close
up
RU
Onkoloji xəstələr pulsuz müayinə olunmur?

Onkoloji xəstələr pulsuz müayinə olunmur?

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Onkoloji xəstələrin dövlət hesabına müayinə və müalicəsi qanunda nəzərdə tutulsa da, xəstələr və onların yaxınları bunun yalnız kağız üzərində qalmasından şikayətlənirlər.

Onlar bildirir ki, funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr xeyli vaxtdır icbari tibbi sığortaya daxil edilməsinə baxmayaraq, Milli Onkologiya Mərkəzində xəstələrdən bunun üçün külli miqdarda pul alınır.

Jurnalist Aytən Məmmədova da onkoloji xəstəlikdən əziyyət çəkən gənc qohumunun müayinəsinə görə ondan pul tələb olunmasıyla bağlı hadisəni ictimailəşdirib.

Gununsesi.info xəbər verir ki, hadisə iyulun 29-da Milli Onkologiya Mərkəzində baş verib. Aytən Məmmədova deyir ki, 25 yaşlı xalası qızı ağır formada onkoloji xəstəlikdən əziyyət çəkir. Ona invaziv duktal karsinoma diaqnozu qoyulub:

“Maddi imkanı da son dərəcə ağırdır. O qədər kasıbdılar, biopsiyanın nəticəsi məlum olanda, nəqliyyat puluna görə dərhal Bakıya gələ bilmədi. Nəticəni görəndən sonra həkim soruşur ki, niyə bu qədər gecikdirmisən, vaxtında müayinə olunmamısan? Yazıq qarın dolusu yemək tapa bilmirdi, həkimə getməyə hardan pul tapaydı?”

Jurnalist bildirib ki, Milli Onkologiya Mərkəzində bütün müayinələr zamanı xəstənin yaxınlarından xeyli məbləğdə pullar tələb olunub və alınıb:

“Biopsiyadan tutmuş, analizlər, başqa müayinələrə qədər, hamısı pul… Analizlər 250 manat, digərləri biri 120 manat istəyir, o biri 90 manat, gələn həftə sümük müayinəsinə gələcək, o da 130 manat deyib. İyulun 28-də müayinələrdən sonra özü rayona qayıtdı, KT-nin (kompüter tomoqrafiya) cavabını gözləyə bilmədi. Ertəsi gün mən getdim ki, götürüm. Tibb bacısı deyir ki, ödəniş olunmayıb, 92 manat verilməlidir. Deyirəm, qəbz verin, ödəyim. Cavab verir ki, bizdə qəbz verilmir, mənə ödəməlisiniz. Deyirəm, ay xanım, bazar deyil, siz də pomidor, kartof satmırsınız, sizə niyə verməliyəm? Cavab verir ki, bizdə belədir. Deyirəm, keçən ildən onkoloji xəstələr üçün ilkin müayinə, diaqnostika icbari tibbi sığortaya daxil edilib. O biri tərəfdən həkim mədəni şəkildə qayıtdı ki, bizə aidiyyəti yoxdur, “Semaşko”-filan kimi xəstəxanalara aiddir. Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?
Axırda dedim ki, nəticə əlinizin altındadır, 25 yaşlı gənc adamın vəziyyətini görürsünüz. İnsan qarın dolusu yemək tapıb yeyə bilməyib, indi də bu vəziyyətdə, siz hələ də ondan pul umursunuz, necə insanlarsınız?
Bundan sonra məni çölə çıxardılar. Beş dəqiqə sonra KT-nin nəticəsini gətirib, qəzəbli şəkildə verdilər”.

Qeyd edək ki, Onkoloji yardım haqqında qanuna görə bu xəstəlikdən əziyyət çəkənlərin dövlət hesabına tibbi yardım almaq hüququ var. Qanunun 12.1 maddəsində yazılıb:

“Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir”.

Günay 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 İyul 2025 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see330

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see291

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see282

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see274

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see268

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see264

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see254

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see232

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see231

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see226

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see222

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see209

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see206

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see204

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see198

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see195

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see193

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri