Onkoloji yardımla bağlı müsbət addım İki mühüm amil var
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Onkoloji yardımın lisenziyalı özəl tibb müəssisələrində də göstərilməsi təklif olunur. Belə ki, Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılan dəyişikliklərə əsasən, bundan sonra onkoloji xidmətlər ixtisaslaşmış dövlət müəssisələri ilə yanaşı, müvafiq lisenziyası olan özəl klinikalarda da həyata keçirilə biləcək.
Burada əsas məqsəd nədir? Bu dəyişiklik effektiv ola bilərmi?
Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, bu qərar Azərbaycanda səhiyyə iqtisadiyyatının ən böyük “tabu”larından birinin qırılmasıdır:
“İllərdir onkologiya sahəsi yalnız bir mərkəzin öhdəliyində idi. Dövlət Onkologiya Mərkəzi artıq fiziki olaraq bu qədər xəstə yükünü keyfiyyətlə qaldıra bilmirdi. Özəl klinikaların dövriyyəyə girməsi xəstə yükünün paylanması deməkdir. Həm də dövlətin özəl sektoru da resurs kimi görüb ondan istifadə etməsi müsbət addımdır. Bu dəyişiklik onkoloji xidmətlərin gələcəkdə sığorta zərfinə daxil edilməsi üçün hüquqi baza hazırlayır.
Nərmin Abbaslı
Effektivliyə gəldikdə isə bu, iki böyük amildən asılıdır: tariflər və prosesə nəzarətdən. Müsbət tərəfi odur ki, növbələr azalacaq, özəl klinikalar prosesi sürətləndirəcək. Klinikalar sığorta və xəstə vəsaitini cəlb etmək üçün ən yaxşı onkoloqları, cihazları gətirməyə yarışacaqlar. Mənfi yönü isə budur ki, onkoloji müalicə çox bahalıdır. İcbari Tibbi Sığorta (İTS) bu sahəni qarşılayana qədər insanlar özəl klinikalardakı yüksək tariflərlə üz-üzə qalacaqlar. Aztəminatlı ailələr üçün yenə də özəl klinikalar onların üzünə bağlı qalacaq”.
Mütəxəssis bildirib ki, gələcəkdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sahəni qarşılasa və aşağı tarif qoysa, özəl klinikalar bu xidməti “kağız üzərində” göstərəcək:
“Lakin xəstədən əlavə “paket” ödənişlər tələb etməyə davam edəcəklər. Bu da sığorta agentliyinin insanlar qarşısında etibarını zədələyəcək. Çünki insanlar düşünür ki, mən sığortaya ödəniş edirəm, amma həkimə yenə ödəyirəmsə, deməli, sığorta işləmir. Bu, sığorta sisteminə inamsızlıq yaradır. Səhiyyədə onkologiya “informasiya asimmetriyası”nın ən yüksək olduğu sahədir. Özəl klinikanın mənfəət naminə xəstəyə ehtiyac olmadığı halda kimyaterapiya və ya ağır cərrahiyyə yazma riski var ki, İTS büdcəsindən daha çox vəsait alsın. Bu da resursların səmərəsiz istifadəsi deməkdir. Burada çox ciddi nəzarət mexanizmi qurulmalıdır”.
Qeyd edək ki, hazırda onkoloji yardım yalnız dövlət müəssisələrində göstərilir. Bu, xəstələrin bəzən müalicə üçün xaricə üz tutmasına səbəb olur. Dəyişikliklərin məqsədi özəl sektorun imkanlarından istifadə etməklə vətəndaşlara seçim hüququ vermək və onkoloji xidmətlərin əlçatanlığını artırmaqdır.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 Yanvar 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















