Icma.az
close
up
RU
Onlar ali məktəbə imtahansız qəbul oldular

Onlar ali məktəbə imtahansız qəbul oldular

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər il ölkəmizdə gənclər beynəlxalq fənn olimpiadalarında iştirak edərək öz bilik və bacarıqlarını nümayiş etdirir, uğurları ilə həm fərdi, həm də ölkəmiz üçün qürurverici nəticələr əldə edirlər.

Bu il ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul hüququ qazanan gənclər arasında Nəzrin Həsənova və Yunis İsayev də var.

Modern.az xəbər verir ki, beynəlxalq səviyyəli olimpiadanın qalibi olan bu gənclər “Azərbaycan müəllimi” ilə öz təəssüratlarını bölüşüb, beynəlxalq yarış təcrübəsi və gələcək planları haqqında danışıblar.

Nəzrin Həsənova bu il Kimya-biologiya təmayüllü Respublika liseyini bitirib. O, müsabiqədənkənar qəbul vasitəsilə Xəzər Universitetinin “Kimya mühəndisliyi” ixtisasını seçib. Nəzrin deyir ki, tətbiqi kimyaya marağı məktəb dövründə iştirak etdiyi olimpiadalarla başlayıb:

“Kimya elmi ilə yaxından məşğul olduqca bu elmin digər sahələrlə inteqrasiyası və tətbiq olunduğu sahələrin çoxluğu məni cəlb etdi. Olimpiadalara 8-ci sinifdən hazırlaşmağa başladım. Həmin dövrdə liseyin olimpiada sinfində təhsil alırdım. Əvvəl biologiya fənnindən olimpiadalara hazırlaşsam da, sonradan kimya müəllimim Elnur Nəbiyevin yaratdığı həvəs məni hazırlıqlarımı bu fənn üzrə davam etməyə təşviq etdi. Həm olimpiada sinfində oxumağım, həm də dərslərin düzgün təşkili həmin il Respublika fənn olimpiadalarında medal qazanmağıma kömək etdi.

Düşünürəm ki, elm olimpiadalarını idman yarışlarından fərqləndirən və daha çətin edən məqam odur ki, idman yarışlarında qalib olmaq üçün həm fiziki, həm də mənəvi güc tələb olunur. Elm olimpiadalarında isə fiziki yükün əvəzinə bütün yükü beyin daşıyır”.

Nəzrin vurğulayıb ki, gün ərzində imtahanlardan asılı olaraq 3–4, bəzən isə 6–7 saat çalışıb. Çətinliklərlə üzləşəndə o, əsas hədəflərini xatırlayaraq intizamı qorumağa çalışıb. Bildirib ki, ailəsi və müəllimləri bu prosesdə ona çox dəstək olublar.

O, beynəlxalq səviyyədə yarışmağın tamamilə fərqli bir təcrübə olduğunu deyir:

“İştirakçı ölkələr həmin yarışlar üçün ən yaxşı şagirdlərini seçir və siz orada digər ölkələri təmsil edən şagirdlərin səviyyəsini bilmədən yarışırsınız. Buna görə də öz potensialınızın ən yaxşısını göstərməyə çalışırsınız. Ölkəni milli komandada təmsil etmək və səhnədə bayrağımızı dalğalandırmaq unudulmaz və qürurverici hissdir.

Bu yarışların əsas məqsədlərindən biri də dünyanın hər yerindən olan şagirdləri bir araya gətirib onların əlaqə yaratmasına, gələcəkdə elm sahəsində töhfə verməsinə şərait yaratmaqdır. Orada hər kəs bir-biri ilə ünsiyyət qurur, fikirlərini mübadilə edir”.

Nəzrin qeyd edib ki, olimpiada zamanı keçirilən ekskursiyalar və imtahanlardan sonrakı oyunlar çox maraqlı olurdu. O hesab edir ki, bu qərar (müsabiqədənkənar qəbul) ölkəmizdə şagirdlər üçün böyük bir fürsətdir. Xüsusilə son illərdə daha çox məktəblinin olimpiadalarda iştirak etməsi təqdirəlayiqdir.

Gələcək planlarından danışan Nəzrin bildirib ki, xaricdə təhsil almağı düşünür:

“Oradan əldə etdiyim bilik və yenilikləri ölkəmizdə tətbiq edib onun inkişafına dəstək olmaq istəyirəm. Erkən yaşdan olimpiadalara başlamaq gələcək üçün böyük üstünlükdür. Buna görə də ailələrin Elm və Təhsil Nazirliyinin keçirdiyi olimpiadalar barədə məlumatlı olması və şagirdləri bu istiqamətə yönləndirməsi vacibdir. Şagirdlərə tövsiyəm odur ki, olimpiadalara hazırlaşarkən məqsədli, planlı olsunlar və özlərinə inansınlar”.

Yunis İsayev Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunudur. Aşağı siniflərdən riyaziyyat və informatikaya böyük maraq göstərib və bu səbəbdən ADA Universitetində “Kompüter elmləri” ixtisasını seçib:

“Bu ixtisas hər iki fənni özündə birləşdirir. Həmçinin günümüzdə kompüterləşmənin artması bu sahənin vacibliyini bir daha təsdiqləyir”.
Yunis həm yerli, həm də beynəlxalq səviyyəli bir sıra yarışlarda iştirak edib. Onun uğurları sırasında RFO və müxtəlif bilik yarışları, beynəlxalq miqyasda isə Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası, “İstedadların Hazırlığı Laboratoriyası” Beynəlxalq Olimpiadası və Balkan Riyaziyyat Olimpiadası yer alır:

“Riyaziyyata marağım hələ kiçik yaşlarımdan başlayıb. Bu marağın formalaşmasında ailəmin, müəllimlərimin dəstəyi, xüsusilə də riyaziyyat olimpiadalarında uğur qazanmış əmioğlumun təsiri böyük olub. Onun olimpiadaçı olması məndə də həvəs yaratdı. Olimpiadaya hazırlıq maraqlı, eyni zamanda çətin idi. Gündəlik çalışma saatlarım dəyişsə də, ümumilikdə 5–8 saat hazırlaşırdım”.

Yunis beynəlxalq yarışlarda iştirakını xatırlayaraq deyir: “Digər ölkələrdən olan olimpiadaçılarla tanış olmaq və onlarla ünsiyyət qurmaq çox qürurverici və əyləncəli idi. Birlikdə müxtəlif fəaliyyətlərdə iştirak etdik və bu da dostluq mühitinin yaranmasına səbəb oldu. Ciddi çətinliklərlə qarşılaşmadım, lakin imtahanlara görə bəzən başqa dərslərə daha az vaxt ayırmalı olurdum”.

Onun fikrincə, müsabiqədənkənar qəbul olimpiadaya marağı artıran mühüm stimuldur: “Bu addım uşaqlara göstərir ki, əməkləri nəticəsiz qalmayacaq”.

Gələcək planlarına gəldikdə isə Yunis universiteti bitirdikdən sonra magistr təhsilini xaricdə davam etdirməyi düşünür. Boş vaxtlarında futbol oynamaq, stolüstü tennis, futbol izləmək, musiqi dinləmək və kitab oxumaq Yunisin sevimli məşğuliyyətləridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Avqust 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri