Onlar autsayderlərə çox qol vurur, amma güclü rəqiblərlə qarşı büdrəyir
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşhur italiyalı mütəxəssis Fabio Kapello A Seriyasına liderlik edən "İnter"in hücum xəttinin səmərəliliyini təhlil edib.
QOL.az xəbər verir ki, təcrübəli məşqçi milanlıların yüksək oyun performansına rəğmən, bəzi narahatlıqlarını dilə gətirib.
Cari mövsümdə rəqib qapılarına 35 dəfə yol tapan "İnter" bu göstəriciyə görə ən yaxın izləyicisi "Milan"ı (27 qol) xeyli qabaqlayır. Lakin Kapellonun fikrincə, qolların kəmiyyətindən daha çox, keyfiyyəti önəmlidir.
Mütəxəssis qeyd edib ki, çempionluğu adətən vurulan və buraxılan qollar arasındakı balansı ən yaxşı qoruyan komanda qazanır:
"İnter"in 35 qol vurması əla nəticədir, 14 qol buraxması da pis deyil. Lakin mən qolların paylanmasında problem görürəm. Komanda autsayderlərə çox qol vurur, amma güclü rəqiblərlə oyunlarda tez-tez büdrəyir".
Qeyd edək ki, "İnter" hazırda İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 01 Yanvar 2026 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















