Icma.az
close
up
RU
Onlar başqa ad altında efirə qayıda bilərlər?

Onlar başqa ad altında efirə qayıda bilərlər?

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün televiziyalarda bir neçə məşhur verilişin bağlanması ilə bağlı xəbər ictimaiyyətdə ciddi rezonans yaratdı. Bunlar demək olar ki, oxşar məzmunlu, illərdir bayağı olduğu vurğulanan, etik normalar gözlənilməyən, barələrində tənqidi materiallar dərc olunan Xəzər TV-də “Təsir dairəsi”, ATV-də “Bizimləsən”, “Rəngarəng”, ARB-də isə “Səni Axtarıram” və “Həmin Zaur” verilişləridir. 

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, verilişlərin bağlanması ilə bağlı xəbərlər sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub və sözügedən qərarın çoxdan verilməli olduğu, hətta gecikdirildiyi barədə rəylər yazılır. 

Bu proses təxminən bir neçə həftə əvvəl Elgiz Əkbərin ARB-də yayımlanan “Elgizlə izlə” və Tarix Əliyevin “Space” TV-dəki “Tarixin bir günü” verilişlərinin efir yayımlarının dayandırılması ilə başlandı. İndiyədək daha çox gəlir əldə etmək və izləyici qazanmaq üçün kimi gəldi efirə çıxaran bəzi televiziya verilişlərinə bir sıra müğənnilərlə bağlı qeyri-rəsmi qadağa qoyulduğu, hətta arasında xeyli tanınmış müğənninin də yer aldığı qara siyahıların ortaya çıxdığı deyilirdi. 

Nəticədə isə Zaur Baxşəliyev, Zaur Kamal, Zaur Nəbioğlu, Xoşqədəm Hidayətqızı və Lalə Azərtaşın aparıcısı olduğu, yuxarıda sadaladığımız verilişlər bağlandı. 

Hamıya məlumdur ki, bu verilişlərin əksəriyyətində oxşar kontingent iştirak edir, aşağı məişət mövzuları, qeyri-etik, bayağı, təhqiramiz görüntülərlə müşayiət olunan mövzular ictimai müzakirəyə çıxarılır. Bir-birini döyən, söyən, təhqir edən, süni şəkildə təşkil olunan, şişirdilən səhnələrlə insanların aldadıldığı deyilirdi. 

Bu arada əlavə edək ki, televiziyalar tərəfindən verilən bu qərar şok effekti yaratmaqla yanaşı, həm də müsbət qarşılanıb. 

Telekanallar bunu özlərinin daxili qərarı olması ilə izah edirlər. Lakin rəsmi qurumlar televiziyalara dəfələrlə belə verilişlərin bağlanması deyil, onların formatının dəyişdirilməsini tövsiyə edib. İrad bildirilib ki, belə verilişlərə nəzarət olunsun, bəzi nöqsanlar aradan qaldırılsın, dəyişdirilsin. Lakin görünür, televiziyalar belə verilişlərin bağlanması yolunu daha məqbul sayıblar. 

Kanal rəhbərləri sözügedən verilişlərin həmin televiziyaların saxlanılmasında böyük rol oynadığını tez-tez vuruğulayıblar. Hətta belə fikirlər yayılırdı ki, televiziyalar o verilişlərin hesabına ayaqda qalır. Əlbəttə, qazanılan hansısa vəsaitə görə televiziya kimi böyük auditoriyası olan, geniş kütləyə xitab edən qurumların bu cür bayağılığa getməsi də çıxış yolu deyil. 

İndi bu məqamda əsas sual ortaya çıxır. Sözügedən aparıcılar qısa müddət sonra oxşarməzmunlu verilişlə, başqa ad altında efirə qayıtmayacaq ki? Yoxsa bu doğrudan da, islahat, irəliyə doğru atılmış bir addımdır...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Mart 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see435

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see277

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see276

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see264

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see260

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see259

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see259

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see257

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see255

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see251

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see230

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see227

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see207

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see206

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see203

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see194

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see180

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see174

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see167

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri