“Onlar buz və od kimidirlər” Trampdan Putin və Zelenski görüşü barədə
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşdə iştirak etməməyi üstün tutacağını bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “European Pravda” məlumat yayıb.
Ukrayna və Rusiya liderləri arasında görüşün perspektivləri ilə bağlı suala Tramp onların ikisinin birlikdə işləyəcəyini bildirib.
“Bilirsiniz, onlar buz və od kimidirlər. Məlum səbəblərdən o qədər də yaxşı yola getmirlər. Amma biz onların birlikdə işləyəcəyini görəcəyik. Bundan sonra mənim o görüşdə iştirak edib-etməyəcəyim barədə qərar verəcəm”,-deyə Tramp bildirib.
Qeyd edək ki, ötən həftənin cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Putinin Zelenski ilə yalnız “zirvə proqramı” hazırlandıqdan sonra görüşəcəyini söyləyib.
Ağ Ev rəhbəri isə iki həftə ərzində Ukraynada sülhün əldə olunması imkanlarını qiymətləndirə biləcəyini gözlədiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 22 Avqust 2025 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















