Onlar da reabilitasiya vasitələri ilə təmin ediləcək
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Hazırda dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsaitdən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi üçün də istifadə edilir.
“Qafqazinfo” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, parlamentin qəbul etdiyi yeni qanunvericilik aktları həmin vəsaitdən ümumi səbəblərdən əlilliyi olan şəxslər üçün də istifadə edilməsini nəzərdə tutur.
Belə ki, ümumi səbəblərdən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı dövlət büdcəsi ilə yanaşı, dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsait hesabına da həyata keçiriləcək.
Bu da əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı imkanlarının daha da artırılmasını şərtləndirir.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 10 Dekabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















