Icma.az
close
up
RU
Onlar doğma yurdlarına qayıtdılar FOTO

Onlar doğma yurdlarına qayıtdılar FOTO

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 9-da Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç prosesi baş tutub. Sakinlərə yeni mənzillərin açarları təqdim olunub.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Çapar kəndinə 96 nəfərdən ibarət 26 ailə, Heyvalı kəndinə 19 ailə (74 nəfər), Çıldıran kəndinə 48 nəfərdən ibarət 13 ailə, Aşağı Oratağ kəndinə isə 31 ailə (119 nəfər) köçürülüb. Ümumilikdə bu gün 337 nəfərdən ibarət 89 ailə doğma yurduna dönüb. 
 

Açarların təqdimatında çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli sakinləri doğma torpaqlarına qayıdış münasibətilə təbrik edib, kəndlərdə yaradılan müasir yaşayış şəraiti, sosial infrastrukturlar və həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verib, sakinlərə xoşbəxt, təhlükəsiz həyat arzulayıb. 


O, bildirib ki, kəndlərdə infrastruktur təminatı yaradılıb, kommunal xidmətlər bərpa olunub, yaşayış üçün zəruri şərait təmin edilib və burda sakinlərin yalnız məskunlaşdırılması deyil, həm də onların məşğulluq məsələlərinin həlli prioritet istiqamətlərdəndir. 
T. Kərimlinin sözlərinə görə, köç edən sakinlərin peşə və ixtisaslarına uyğun olaraq həm özəl sektorda, həm də dövlət qurumlarında işlə təminatı istiqamətində sistemli tədbirlər görülür və bu proses mərhələli şəkildə davam etdiriləcək. 
Ağdərənin Aşağı Oratağ kəndində isə sakinləri Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb. 
Açarları sakinlərə təqdim edən S. Qəhrəmanov bildirib ki, bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və tikinti-quruculuq proqramı planlı şəkildə və yüksək keyfiyyət standartlarına uyğun icra olunur.
 

Onun sözlərinə görə, kənddə yalnız yaşayış evləri deyil, həmçinin sosial infrastruktur, yol-nəqliyyat sistemi, kommunal xidmətlər- enerji, su, qaz, digər mühüm təminat xətləri yenidən qurulub ki, bu layihələrin də məqsədi sakinlərin təhlükəsiz və rahat yaşayışını təmin etməkdir. 


Qeyd edək ki, növbəti mərhələlərdə Ağdərə rayonunun digər yaşayış məntəqələrinə də mərhələli şəkildə köçün davam etdirilməsi planlaşdırılır. Hazırda rayonun bir sıra yaşayış məntəqələrində tikinti və bərpa işləri həyata keçirilir.






Bizim.Media, Qarabağ bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:34
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Yanvar 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri