Icma.az
close
up
RU
Onlar görməsələr də, hiss edirlər...

Onlar görməsələr də, hiss edirlər...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir az mərhəmət, bir az anlayışla dünya daha işıqlı olar

İnsanı insan edən təkcə gördükləri deyil, hiss etdikləri, anladıqları və sevdikləridir. Bəzən gözlər görməz, amma qəlb hər şeyi görə bilər. Gözdən əlil insanlar da bizim kimi bu dünyanın bir parçasıdırlar, sadəcə, dünyanı bizdən fərqli bir şəkildə görürlər. Onlar qaranlığın içində işığı duyan, səssizliyin içində səsi eşidən insanlardır.

Çox vaxt görməyə o qədər öyrəşirik ki, gözdən əlil insanların necə yaşadığını, dünyanı necə dərk etdiyini unuduruq. Amma unutmamalıyıq, hər birimizin həyatında bir anlıq qaranlıq ola bilər. Və o qaranlıqda bir gülüş, bir salam, bir yardım əli ən böyük işıqdır.

Noyabrın 13-də Beynəlxalq Gözdən Əlillər Günüdür. Bu günün noyabrın 13-də qeyd olunması ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə əlaqədardır. O, 1745-ci ildə Fransanın Amyen şəhəri yaxınlığındakı Sen-Jüst kəndində, kasıb toxucu ailəsində anadan olub. Ümumdünya Səhiyyə Təşkilatı onun doğum tarixini Beynəlxalq Gözdən Əlillər Günü elan edib.

XVIII əsrə qədər dünyada korlar üçün təhsil müəssisəsi yox idi. Valentin Qayui ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaradıb. O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün “işləyən korların emalatxanası”nı açıb. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilib.

Valentin Qayui kor uşaqların təlim və tərbiyəsinə elmi cəhətdən yanaşıb. Onun işləyib hazırladığı “unsial” adlanan xüsusi qabarıq şriftin köməyi ilə kor uşaqlara oxumaq öyrətmək və onlar üçün kitablar çap etmək mümkün olub. Kor uşaqlar həmin şriftlərlə mətn yığmaq bacarığına yiyələniblər. Bundan başqa, Valentin Qayui gözdən əlillər üçün cihazlar, qabarıq aşkar dərsliklərin, coğrafiya xəritələri və qlobusların istehsalı üçün matrislər qurub. Gözdən əlillər üçün kitabların yaradılması ideyası da ona məxsusdur.

Ciddi maddi çətinlik çəkməsinə baxmayaraq, Valentin Qayui mətbəə yaradaraq qabarıq-xətti şriftlə korlar üçün ilk kitablar çap edib. 1829-cu ildə isə Paris Milli İnstitutunun şagirdi Lui Brayl kor uşaqlar üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlayıb və həmin sistem bütün dünyada yayılıb.

2007-ci il dekabrın 9-da BMT-nin inkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmək qabiliyyətini itirənlər və zəif görənlər üçün informasiya-rabitə texnologiyalarına çıxışı təmin edən razılaşma sənədi imzalanıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada təxminən 2,2 milyard bu və ya digər formada görmə məhdudiyyətli insan var, onlardan 36 milyonu görmə qabiliyyətini tam itirib. Statistikaya görə, Azərbaycanda 630 min əlilin 30 min nəfərini korlar və zəif görənlər təşkil edir. Ölkəmizdə görmə qabiliyyəti məhdud olanların həyat və məişət şəraitinin yaxşılaşdırılması üçün hər il bir sıra layihələr həyata keçirilir, zəruri tədbirlər görülür.

Bu gün cəmiyyət olaraq bizə düşən məsuliyyət gözdən əlil insanlara sadəcə mərhəmət göstərmək deyil, bərabər imkanlar yaratmaqdır. Onların təhsil alması, işləməsi, ictimai həyatda iştirak etməsi üçün şərait yaratmaq, onların bacarığını görmək və dəyərləndirmək hər birimizin humanist borcudur. Unutmayaq ki, görmək yalnız gözlə deyil, insanlıqla, anlayışla mümkündür. Bəzən adı bir gülümsəmə, səmimi salam, uzadılan yardım əli qaranlıq bir dünyada günəş qədər işıq saçır...

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Noyabr 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri