Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Onlar heç 50 il yaşamadı, mən 88 ə çatmışam... Yazıçılarımız özünü necə hiss edir?

Onlar heç 50 il yaşamadı, mən 88 ə çatmışam... Yazıçılarımız özünü necə hiss edir?

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Ümumdünya Yazıçılar Günüdür.

Kulis.az bu münasibətlə yazıçılarımızdan özlərini necə hiss etdiklərini soruşub. arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Xalq yazıçısı Anar:

"Aydındır ki, ədəbiyyata maraq azalıb. Az oxuyurlar. Yazıçı da istəyir ki, çox oxunsun. Təəssüf ki, bütün dünyada ədəbiyyata maraq azalıb".

Əkrəm Əylisli:

"Yazıçı mürəkkəb məxluqdur. Özünü bəzən yaxşı hiss eləyir, bəzən pis. Bəzən də yaxşı olanda elə bilir ki, pisdir.

88 yaşım var. Səhhətimdə problemlər yaranır. Onsuz mümkün deyil. Şikayət eləməyə də haqqım yoxdur. Baxırsan ki, böyük yazıçıların çoxu heç 50 il yaşamayıb, sən 88-ə çatmısan.

Belə olanda da adam vicdan əzabı çəkir. Çexov heç 50 il yaşamadı, ancaq mən artıq bu yaşa gəlib çatmışam".

Xalq yazıçısı Çingiz Abdullayev:

"Çox pis. Zaman belədir. Yazıçıya hörmət azalıb. Burada yazıçıların günahı yoxdur. Kitab oxumayan adamlar çoxalır.

Belə adamlar yazıçının əziyyətini başa düşmür. Mən özümdən danışmıram, ümumi deyirəm".

Salam Sarvan:

"Sloveniyanın bir şairi var, Aleş Şteger. Onun bir şeiri yadıma düşdü:

Plitənin yanında uzanıb gözləyir kolbasa, gözləyir doğranacağı anı: monastırdakı dünənki şam yeməyindən bir xatirədir hər dilimi".

Şərif Ağayar:

"Azərbaycan yazıçısı azaddırsa, çətinliklə yaşayır, bu və ya digər şəkildə dövlətin himayəsindədirsə, vəziyyəti yaxşıdır.

Paradoks isə burdadır: dövlətin himayəsində yaza, ondan uzaqda isə yaşaya bilmirsən".

Mirmehdi Ağaoğlu:

"Azərbaycan yazıçısı bu gün özünü yazıq, miskin, borcun içində batmış, boğulmuş vəziyyətdə hiss edir.

Yazdıqları ilə, oxuduqları ilə özünü dolandıra bilməyən, məcburən xələfi Sabir kimi sabun bişirib satmaqla qazanan, ədəbiyyata, mədəniyyətə qiymət verməyən xalqın içində yaşayan yazıçı necə olmalıdırsa, Azərbaycan yazıçısı da o cürdür.

Təəssüf, çox böyük təəssüf!"

İlham Əziz:

"Azərbaycan yazıçısı özünü yaxşı hiss edir. Senzura yoxdu, ölkəmiz bütövdür. Müharibə bitib. Harda istəsək çap olunuruq.

Mövzu boldur, istedad da bizdə hamısından çox!
Qaldı maddi məsələlərə, o da düzələr. Ölkənin xalqı necədirsə, yazıçısı da elədir".

Samirə Əşrəf:

"Yazıçılıq çətin, amma gözəl, zövqlü peşədir. Bütün yazıçı dostlarımı, həmkarlarımı təbrik edirəm. Arzu eləyirəm ki, heç bir yazıçı Tanrı tərəfindən ona verilən istedada xəyanət etməyə məcbur olmasın.

Oxucularımıza da arzu edirəm ki, yazıçılarımızın əsərlərini oxusunlar, həyatlarında mütləq ədəbiyyata yer saxlasınlar. Çünki ədəbiyyat insanın vicdanını təmiz saxlaya biləcəyi əsas sahələrdəndir".

Kəramət Böyükçöl:

"Dünyanın elə vaxtıdır ki, silahlar, raketlər, təyyarələr danışır, Bunların danışdığı bir vaxtda Yazıçılar Günü olduğunu demək, adama gülməli gəlir. Çünki sanki sözə, fikrə, düşüncəyə heç bir ehtiyac yoxdur.

Ancaq yumruq-təpik danışır. Dünyada beyin erası başa çatıb, əzələ erasıdır. Bu, məncə, aldadıcıdır. Dünyanın elə vaxtı olub ki, güllələr, toplar, tanklar danışıb, ancaq axırda onlar sözlə, ədəbiyyatla yadda qalıblar.

Ədəbiyyat olmasaydı, heç o müharibələr də yadda qalmayacaqdı. Ona görə də Yazıçılar Günü dünyanın ən əlamətdar günlərindən biridir. Sözə, ədəbiyyata ləyaqətlə xidmət eləyən hər kəsi bu gün münasibətilə təbrik edirəm".

Ömər Xəyyam:

"Düzünü desəm, bu sual mənə həmişə paradoksal gəlir. Çünki yazıçı üçün “özünü hiss etmək” anlayışı şəxsi duyğudan daha artıqdır — o, cəmiyyətin, zamanın və yaddaşın hisslərini daşıyır.

Müasir Azərbaycan yazıçısı olmaq isə bir qədər sərhəddə yaşamaq deməkdir: həm keçmişin dərin kökləri ilə bağlı, həm də gələcəyin qeyri-müəyyənliyinə açıq.

Biz informasiya partlayışı dövründə yazırıq. Hər kəs danışır, amma az adam dinləyir. Yazıçı isə məhz dinləyən tərəfdir. Küçənin səsini, evlərin içindəki səssizliyi, insanların demədiyi cümlələri eşitmək və onları ədəbiyyata çevirmək bizim işimizdir.

Bu, həm yorucu, həm də şərəfli bir məsuliyyətdir.

Bəzən özümü köhnə sözlərin keşiyində duran biri kimi hiss edirəm. Çünki söz ucuzlaşdıqca, ədəbiyyat daha qiymətli olur. Müasir yazıçı üçün əsas məsələ məşhurluq deyil, dürüstlükdür. Ədəbiyyat populyarlıq vasitəsi yox, vicdan formasıdır.

Bu gün özümü təntənəli yox, düşüncəli hiss edirəm. Çünki yazmaq mənim üçün şənlikdən çox borcdur. Mən yazını həyatın alternativi kimi yox, onun davamı kimi görürəm. Yazıçı yaşadığı dövrün içində nəfəs alır, amma mətndə zamansız olmağa çalışır.

Əgər qısa desəm: müasir Azərbaycan yazıçısı özünü həm tənha, həm məsuliyyətli, həm də ümidli hiss edir. Çünki söz dünyanı dəyişməsə də, insanı dəyişə bilir — və bu, kifayət qədər böyük gücdür".

Ulucay Akif:

"Özümü yaxşı hiss eləmirəm. Dünyanın hər il bir az da yaşanılmaz hala gəlməsi məni incidir. Könül istərdi ki, dünya yazıçıların arzuladığı kimi olsun. Təkcə dünya yox, elə öz ölkəmiz də...

Hərdən kimlərsə elə bilir ki, yazıçıların giley-güzarı maddi qayğılardan yaranır, amma mən elə olmadığına əminəm. Yazıçıları incidən məsələlərin kökü daha dərindədir, fəsadı daha faciəvidir.

Torpağımızı itirdik, otuz il torpağımızı qaytarmağı arzuladıq və qovuşduq. İndi isə insanlarımızın şövqü itib. Hər şeydə könülsüz, istəksiz, arzusuz görünürük.

Yazıçılarımıza da, digər insanlarımıza da o şövqün qayıtmağını arzulayıram. Özüm də oxuyub-öyrənmək, gəzib-görmək, yazıb-yaratmaq istəyirəm".

“Suyun sahilində: Xəlil Paşanın yaşamı və sənəti” nümayiş etdiriləcək Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular? Anar Ələkbərov Nəriman Həsənzadəni ziyarət etdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://kulis.az
archiveBu xəbər 03 Mart 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see290

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see284

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see272

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see267

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see267

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see263

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see259

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see258

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see252

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see236

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see235

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see232

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see227

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see226

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see225

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see225

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see221

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see220

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri