Icma.az
close
up
RU
Onlar heç kimə yük deyillər...

Onlar heç kimə yük deyillər...

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ahıllıq həyatın ən kövrək anıdır. Nədənsə insan yaşlananda, kövrək olur. Qəlbinə hər şey tez toxunur. Elə buna görə də ahıllıq eyni zamanda bir sınaq dövrüdür. Xeyr, ahılların deyil, övladların sınaq dövrüdür. Ahıllıq çağı övladları sınayır. Kim valideyninə sahib çıxır, həyatını bəxş etdiyi, zəhmət çəkərək böyüdüb ərsəyə çatdırdığı, yuxusuz gecələrini verdiyi övladların hansı valideyninin ahıllıq çağının sahibidir, bax bunu məhz həmin dövr göstərir.

İnsan yaşlandıqca, bir evin işığına, nuruna çevrilir. Lakin bu nurun da qayğıya ehtiyacı olur. Övladlar onu, necə deyərlər, ovcunun içərisində saxladıqca, onlar bu qayğını gördükcə, ömürlərinin yeni baharlarını yaşayırmış kimi sanırlar özlərini. Ailəyə işıq saçırlar. Hər kəsi başlarına toplayır, bir evə ağsaqqallıq, ağbirçəklik edirlər. Böyük olan yerdə Allah vardır, deyiminə əsasən belə evlərdə bar-bərəkət də olur. Böyüyün, kiçiyin yeri bilinir. Hər iş öz nizamı, axarı ilə gedir.

Lakin övladlar da var ki, valideyni qocaldıqca, artıq ona yük kimi gəlir. Axı onlar əvvəlki kimi işləmir, qazanc gətirmir, ev, həyət-baca işlərində əvvəlki qədər onlara kömək göstərə bilmirlər. Bu səbəbdən də belə övladlar öz ahıl valideynlərinə sahib çıxmır, onları tək qoyur, ayrı yaşamağı seçir, əksər halda isə ahıllar evinə yola salırlar.

Uzun illər yaşadığım Şahbuz rayonunda da belə bir ahıllar evi var idi. Tez-tez yolumu oradan salır, buradakı ahıllarla söhbətləşirdim. Hər biri Azərbaycanın bir bölgəsindən idi onların. Kiminin heç kəsi yox idi, ona görə ahıllar evinə pənah gətirmişdi. Kimi isə övladı tərəfindən atılmış, bu səbəbdən dövlətin himayəsinə sığınmaq məcburiyyətində qalmışdı. Onlarla söhbət etdikcə, üzlərindəki illərin açdığı qırışlardan və xüsusilə də əllərindən-zəhmətin bütün çalarları çökmüş əllərindən, bir də yollara dikilən gözlərindən gözümü çəkə bilmirdim. Axı bu əllər bir zamanlar övlad başı sığallamışdı, onun hər bir qayğısının zəhmətini çəkmişdi. Axı bu gözlər gecə səhərədək beşik başında yuxuya həsrət qalmışdı. Axı üzlərdəki bu qırışların hər biri ötən illərin qayğılarının inikası idi...

Bəs haradadır övladlar?..

Ahıllar evindəki ahılları hər zaman pəncərə önündə görmək olurdu. Onlar sanki bu pəncərələrdə kiminsə yolunu gözləyirdi. Gözləri daim yol çəkirdi. Yəqin vicdanı nə vaxtsa narahat olacaq övladlarını gözləyirdilər.

Lakin onlar gəlmək bilmirdi. Başları harada qarışmışdı, nə işlə məşğul idilərsə, yadlarına ata-anaları əsla düşmürdü. Ahıllar vardı ki, bir dəfə də onlarla maraqlanan olmurdu. Bəzən uzaq qohumlardan onları görməyə gələn olurdu, lakin öz övladlarından səs-səmir gəlmirdi...

Odur ki, pəncərə önündə gözləri yolda qalırdı onların... Ahılları belə görəndə adamın ürəyi parça-parça olurdu. Bir anlığa həmin övladları axtarmaq, tapmaq və belə bir sual vermək istəyirdim: haradasınız? Nə üçün bircə dəfə də olsun, yadınıza ata-ananız düşmür. Məgər onları unutmaq belə asandımı?

Və hər dəfə düşünürdüm ki, belə övladlar həyatda xoşbəxt ola bilməz. Bir evin çırağı olan ata-anasını ahıllar evinə atan, ondan illərlə xəbər almayan övladın evində işıq yana bilməz. Çünki evlərimizin işığı da, nuru da valideynlərimizdir. Onlar yaşlaşdıqca, bu nur daha da artır. Onun şöləsi ətrafa daha da çox yayılır. Hər kəs bu işığa gəlir. Övladlar, sonra nəvələr, daha sonra nəticələr, kötücələr və sair...

Bəs o işıq yoxdursa, o evdə necə yaşamaq olar? Bu nur həm işıq, həm də istilikdir. Bir evdə ki, istilik yoxdur, orada rahatlıq olarmı?

Dünən qolları üstündə, bu gün nəvazişində

Onlar yaşlaşdıqca, xəstələnə, sağlamlıq imkanlarını itirə bilirlər. Bundan xoflanan, valideyninin ona yük olacağını fikirləşən övladlar olur. Lakin dərindən düşünəndə, onlar əsla yük deyillər. Bu, həyatın gedişatıdır. Dünən sən onların qolları üstündə idin, bu gün onlar sənin nəvazişində olmalıdır. Və sabah da sən bu gün qayğısını çəkdiklərindən qayğı görmək istəyəcəksən. Bax, budur həyat.

Lap belə deyək, dünənədək sən onlara necə yük ola bilirdinsə, onlar da sənin yükün ola bilərlər. Bu yükü çəkmək isə sənin borcundur, övlad. Bu yük yuxusuz gecələrdən, ağzının ən şirin tikəsini sənin ağzına qoymaqdan, səhərdən axşamadək çalışıb sənin istəklərini yerinə yetirməkdən, bir qarın ac, bir qarın tox yalnız sənin qarnının tox olmasını düşünməkdən, min bir çətinliklə sənə təhsil verməkdən, toy etməkdən ağır ola bilməz. Odur ki, et ki, sənə də sabah edən olsun.

Onlar heç kimə yük deyillər. Sağlamlıq imkanları, fiziki gücləri azalsa da, maddi vəziyyətləri yerindədir. Çünki dövlətdən məvacib-pensiya alırlar. Bəzən bu pensiyanın dörddə biri onların özlərinə sərf olunmur. Övladlar var ki, öz ailəsinin qayğılarını bu vəsaitlə qarşılayır. Və bu vəsaitin sahibinə isə yeri gələndə səsini qaldırır.

Övladlar var ki, məhz bu pensiyaya görə valideynlərinin yanında qalır. Yoxsa, onları çoxdan tərk etmiş olardı. Gündəlik siqareti də onların pensiyası ilə alır. Lakin ahıl ata-ananın ürəyi alma istəyir, onlara aylarla bu meyvədən bir kiloqram alan oğul-qız olmur.

Onlar isə susurlar. Bu qayğısızlığa səslərini belə çıxarmırlar. Sanki nədənsə qorxur, susurlar. Bəlkə də evdə söz-söhbət yaranmaması üçün susurlar. Bəlkə də atılmış valideynlər gözləri önünə gəlir, buna görə susurlar. Yaşdaşlarının başına gələnlər gözlərini qorxudur ahılların. Axı onların əvvəlki tək gücü, necə deyərlər “əli-ayağı” yoxdur. Onların qayğıya ehtiyacı var. Məhz bu qayğı kəsir qarşılarını. Bəzi övladlar nə sitəm etsə də, ahıllarımız susur, buna dözürlər.

Ahıllarla övladları aradında bircə qalır vicdan. Vicdan varsa, övlad insanlıqdan öz nəsibini almışsa, valideyninin ahıl çağında ona sahib çıxır. Ona özünə göstərilən qayğını göstərir. Yox, əgər vəziyyət əksinədirsə, yuxarıda dediyim kimi, ata-analarımız ahıl çağında həyatın məşəqqətləri ilə qarşılaşır. Lakin susur, susurlar...

Dövlətimizin ahıl vətəndaşları

“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar. 2024-cü ilin əvvəlinə ölkədə yaşı 70 və daha çox olan vətəndaşların sayı 500.9 min nəfər olub. Bu, ümumi əhalinin 4,9 fazi deməkdir.

Ümummilli Lider Heydər Əliyev tərəfindən ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilib. Bunun nəticəsi kimi, hələ 1993-cü ildən ölkəmizdə də hər il Beynəlxalq Ahıllar Günü yüksək səviyyədə qeyd olunmaqla, bu kateqoriyadan olan vətəndaşların təminatlarının artırılması üçün ardıcıl işlər aparılıb.

Ötən 20 ildən artıq dövrdə isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət ahıl insanlarımızın etibarlı sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə daha da genişlənməsinə imkan verib. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və digər sənədlər nəticəsində ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımlar atılıb.

Dövlətimiz hər bir vətəndaşı kimi, ahılların da sahibidir. Onların rifah halı üçün nə lazımdırsa, edib və etməkdədir.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Aprel 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri