“Onlar İrana hücum etməklə İslam dünyasını parçalamağa çalışdılar”
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“ABŞ və İsrail müqəddəs Ramazan ayında İrana xain hücum etməklə bütün İslam dünyasını parçalamağa çalışdılar”.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov özünün “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, ABŞ və İsrail İranı qəsdən üçüncü ölkələri münaqişəyə cəlb edəcək cavab tədbirləri görməyə təhrik ediblər.
Kadırov İranın Amerika bazalarına qarşı qisas hücumunu gözlənilən adlandırsa da, üçüncü ölkələrdə mülki infrastrukturlara hücumları və mülki insanlar arasında itkiləri qəbuledilməz adlandırıb.
“Bu cür səhvlər qəbuledilməzdir, amma baş verdi. Bəhreyn Krallığı və BƏƏ də daxil olmaqla, Yaxın Şərq vətəndaşları bundan əziyyət çəkdilər”, - Çeçenistan rəhbəri əlavə edib.
Kadırov “müharibə vəziyyəti” elan edən BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın mövqeyini və İranın Əmirliklərə hücumlarından sonra ölkə vətəndaşlarını qorumaq zərurətini dəstəkləyib.
“BƏƏ tarixən qonşularına qarşı heç bir hərbi iddiaya malik deyildi, lakin əhalini qorumaq üçün tədbirlər görməyə məcbur oldu”, - Çeçenistan lideri qeyd edib.
O, Yaxın Şərq dövlətlərinin xarici qüvvələrə müqavimət göstərmək üçün dialoq qabiliyyətini qoruyub saxlamasının vacib olduğunu bildirib.
“Fars körfəzi ölkələri indi hərəkətlərini əvvəlkindən daha çox əlaqələndirməlidirlər. İlin əvvəlində Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və bir sıra digər ölkələrin səfirləri mənə böyük bir görüş təklifi ilə müraciət etdilər. Lakin Birləşmiş Ərəb Əmirliklərinin səfiri onların arasında deyildi. Görüş formatın genişləndirilməsində və BƏƏ nümayəndələrinin məcburi iştirakının təmin edilməsində israr etdiyim üçün təxirə salındı”, - Çeçenistan rəhbəri bildirib.
Bu mövzuda digər xəbərlər:“Abşeron”un blokçusu: “Onlar da çalışdılar” İdman və Biz
10 Yanvar 2025 17:30
Ha çalışdılar, olmadı
11 May 2025 10:16
İsveçli futbolçunu öldürməyə çalışdılar
02 Aprel 2025 18:26
Sərhədi pozmağa çalışdılar, saxlanıldılar
08 Oktyabr 2026 17:42
“Türkiyənin problemlərindən faydalanmağa çalışdılar”
21 Oktyabr 2026 17:48
Baxış sayı:158
Bu xəbər 12 Mart 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















