Icma.az
close
up
RU
Onlar maraqlı idilər ki, münaqişə davam etsin” Ceyhun Bayramov + VİDEO

Onlar maraqlı idilər ki, münaqişə davam etsin” Ceyhun Bayramov + VİDEO

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İkinci Qarabağ müharibəsindən sonra ən vacib məqam ATƏT-in Minsk qrupunun rolunun azaldılması və heçə salınması idi. Onların mandatı münaqişə ilə bağlı idi, münaqişə yoxdursa, mandat yoxdur. Maraqlı idilər ki, münaqişə davam etsin”.

Bu sözləri Xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişinin ikinci hissəsində deyib.

Onun sözlərinə görə, dekabrın 12-si Prezidentin bir görüşü oldu:

"O görüş tam göstərdi ki, bunların yeni reallıqlarla bağlı heç bir baxışı yoxdur. Prezident də kifayət qədər açıq və sərt formada bildirdi ki, “Siz nə ilə məşğul olacaqsınız?” Bunlar çalışırdılar desinlər ki, burada müzakirə ediləsi elementlər qalıb. Məyus formada getmişdilər”.

Ölkənin Ali diplomatı sonrakı illərdə də Minsk qrupu ilə olunan təmaslardan bəhs edib: “Son təmas İsveçdə ATƏT Nazirlər Şurası İclası çərçivəsində onlar bizə Ermənistan tərəfi ilə danışıqları təklif etmişdi. Biz razılıq vermişdik, ancaq həmin gün Ermənistan tərəfi növbəti təxribat etmişdi.

Onlardan müxtəlif partiyaları təmsil edən böyük nümayəndə heyəti Qarabağa səfər etmişdi. Biz Stokholmda idik, o məlumat daxil oldu, onda biz həmsədrlərə bildirdik ki, görüşdən imtina edirik. Ermənistan növbəti dəfə bizim ərazi bütövlüyümüzü pozmaqla, təxribatla məşğuldur. Bu məqsədli təxribatdır. Ondan sonra bizim onlarla təmasımız olmayıb.

Ermənistan müəyyən bir dövr ərzində israrla çalışırdı bunu həyatda saxlasın. Hərdən gülməli məqama kimi çıxırdı, deyək ki, Fransa, Amerika, Rusiyadan hansısa bir diplomatla görüşəndə (red.-Baxmayaraq ki, bu bir həmsədr deyil, nümayəndədir) hər zaman onun titulunun yanında “həmsədr ölkəni təmsil edən adam” kimi qeyd edirdilər”.

Daha ətraflı videomaterialda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://mia.az
archiveBu xəbər 09 Noyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri