Icma.az
close
up
RU
Onlar Qarabağa yerləşir: narahatedicidir Deputat

Onlar Qarabağa yerləşir: narahatedicidir Deputat

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“İşğaldan azad edilmiş ərazilər üzrə iqtisadi fəaliyyət sahələri və mal nomenklaturası üzrə hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər idxal zamanı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilir. “Lisenziyalar və icazələr haqqında” qanuna edilən bu dəyişiklik çox mütərəqqidir və dəstəkləyirəm. Məhz bu cür müsbət dəyişikliklər Qarabağ zonasında iqtisadi aktivliyin artmasına səbəb olub”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın müxtəlif şəhər və rayonlarında iqtisadi fəallıq azalıb, bəzi iş yerləri bağlanıb:

“Bir çox iş adamları rayon və şəhərlərdə zavod və fabriklərini bağlayaraq Qarabağ zonasına yatırım etmişlər. Prinsipcə bu həm yaxşı, həm də narahatedici.

Azərbaycanın bir nöqtəsində iş yerlərinin bağlanması və əvəzində digər nöqtəsində açılması nə dövlətin, nə də hökumətin marağında ola bilər. Ölkəmizin müxtəlif yerlərində iqtisadi fəallığın azalması müşahidə olunur və xarici sərmayələrin də cəlb olunmasında ciddi problemlər yaşayırıq. Bu məsələləri nəzərə alaraq, müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə ciddi vergi güzəştlərinin tətbiq edilməsini təklif edirəm. Biz elə etməliyik ki, yerli və xarici sərmayədar pulunu və biznesini Azərbaycana köçürmək istəsin. Bunun üçün ikinci addım olaraq iqtisadi fəaliyyət sahəsində məhkəmə sisteminin yüz faiz şəffaflığına nail olmalı və onlara inamı artırmalıyıq.

Üçüncü, Vergi Məcəlləsini yenidən yazmalı və ən azı 60-70 faiz sadələşdirməliyik ki, oxuyan iş adamı çətin alqoritmik hesablamalar içində başını itirməsin, sadə dildə onu anlamağı bacarsın. Vahid və sadə bir Məcəllə!

Dördüncüsü, əmlak toxunulmazlığı olmalıdır ki, bu sahədə nə yerli, nə də xarici sərməyadarda şübhə olsun”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri