Icma.az
close
up
RU
“Onlar uzunmüddətli fəaliyyət planlayıblar” Ekspert Qusardakı əməliyyatdan danışdı

“Onlar uzunmüddətli fəaliyyət planlayıblar” Ekspert Qusardakı əməliyyatdan danışdı

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Xarici qüvvələrn dəstəyi olmadan belə qruplar yaratamaq çətindir”

“İlk növbədə aydınlaşdırmaq lazımdır ki, belə mütəşəkkil cinayətkar qrupların yaradılmasında məqsəd nədir. Əlbəttə, məqsədləri sabitliyi pozmaq və ölkə daxilində xaos yaratmaqdır. Çünki Azərbaycanda ciddi bir sabitlik mühiti var və bu, inkişafın əsas təməli hesab olunur”.

Bunu “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ölkə ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində gördüyü birgə kompleks tədbirləri “AzPolitika”-ya şərh edərkən bildirib.

Hüquqşünas vurğulayır ki, burada kompleks məqamlar da var - qorxu yaratmaq, hökumətə cəmiyyətə təzyiq göstərmək, radikal ideologiyaları cəmiyyətə yeritmək. Şübhəsiz ki, xarici qüvvələrə xidmərt etmək qrupun əsas fəaliyyətlərindən biridir: “Çünki xarici qüvvələrn dəstəyi olmadan bütövlükdə belə qruplar yaratamaq çətindir. Burada həssas regiondur, müxtəlif xarici dövlətlərin geosiyası maraqları var. Onlar çalışırlar ki, bu cür proksi qruplar yaratasınlr və hökumətə təsir göstərsinlər. Yan maraqlardan biri də silah, narkotik maddələr və bu kimi digər qanunsuz vasitələrlə gəlir əldə etməkdir”.

Ə.Nuriyevin sözlərinə görə, xüsusi zirzəmilərin yaradılması, partlayıcı maddələrin tapılması onu göstərir ki, qrupun məqsədi böyük bir arsenal yaratmaq olub: “Onlar uzunmüddətli fəaliyyət planlayıblar. Bu hazırlıqlar kiçik bir dövr üçün olmayıb. Uzunmüddətli bir fəaliyyət varsa, deməli, bu qüvvələrin arxasında müəyyən xarici dövlətlərin xüsusi xidmət orqanları ola bilər. Şübhəsiz k, istintaq orqanları artıq müəyyən edəcəklər ki, bu qrupun hansı əlaqələri olub. Lakin bundan əvvəlki dövrdə DTX tərəfindən həyata keçirilən tədbirlərlə bu cür qruplar ələ keçirilmişdi. Belə qruplar müxtəlif ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda olurlar. Bu işin arxasında konkret hansı dövlətin dayandığını demək çətindir. Amma regiondakı rəqib dövlətlər, qlobal kəşfiyyat, güc mərkəzlərinin regionda təsirini artırmaq üçün istifadə edilən qrup da ola bilər. Həmçinin radikal qruplaşmaları dəstəkləyən dövlətlər də olması mümkündür. Ola bilər ki, onlar terrorçulara əlaqələr qurmaq, kəşfiyyat məlumatları ilə təmin etmək, silah-sursat ötürmək və logistik dəstək kimi köməkliklər göstəriblər”.

Hüquqşünas burada xusüsi bir məqamı - DTX və DİN-in fəaliyyətini də qeyd edib: “Son keçirilən tədbirlər göstərir ki, Azərbaycan hüquq mühafizə orqanları bu sahədə yüksək peşəkarlıq, operativlik nümayiş etdirirlər. Birncisi, cinayətkar qrupların yerləri vaxtından əvvəl müəyyən edilir ki, bu da effektiv kəşfiyyat işinin qurulması ilə əlaqədardır. Digər tərəfdən, bu qrupları vaxtında zərərsizləşdirmək də önəmlidir. Bunun üçün də dəqqi və sürətli əməliyyyat aparılmalıdır. Əməliyyat planı yüksək səviyyədə hazırlanıb. Bu da terrorçuların qısa zamanda zərərsizləşdirməsinə gətirib çıxarıb”.

Əliməmməd Nuriyev önəmli məqamlardan biri kimi cəmiyyətin vaxtında məlumatlandırılmasını qeyd edir.

“Rəsmi qurumlar vaxtında cəmiyyətə şəffaf məlumatlar ötürüblər. Bu da peşəkarlığın göstəricisidir”, - o, əlavə edib.

O, xatırladır ki, son aylarda DTX bir sıra önəmli əməliyyatlar keçirib. Hüquqşünasın sözlərinə görə, bu sırada casus şəbəkələrin aşkarlanması, xarici kəşfiyyat orqanlarına bağlı şəxslərin ifşası, terrorçu qruplara, separatçılara qarşı uğurlu əməliyyatlar, ərazi bütövlüyümüzə qarşı yönələn təhlükənin aradan qaldırılması, korrupsiya, dövlətə xəyanat kimi hallara yol verən daxili qruplara qarşı görülən səmərəli tədbirlər və s. göstrmək olar.

“Ümumən son əməliyyatlar hüquq mühafizə orqanlarının yüksək səviyyədə ölkənin təhlükəsizliyini qoruduğunu göstərir. Bu, həm də cəmiyyətin təhlükəsizlik qurumlarına inam və etibarını gücləndirir”, - o vurğulayıb.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Fevral 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri