Icma.az
close
up
RU
Onlar Vəkillər Kollegiyasına üzv olmalıdır TƏKLİF

Onlar Vəkillər Kollegiyasına üzv olmalıdır TƏKLİF

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bəzi məqamlara diqqət çəkib.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, deputat ikinci oxunuşun tələbinə uyğun olaraq 8-ci maddə ilə bağlı fikirlərini çatdırıb:

“Burada qeyd olunur ki, kimlər imtahansız vəkil ola bilər. Bildirilir ki, hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquq sahəsində fəxri ad verilmiş şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər, onların müraciətləri əsasında yazılı testi vermədən, müsahibədə iştirak etmədən və icbari təlimə cəlb edilmədən vəkilliyə cəlb olunurlar”.

Millət vəkili daha sonra bunları söyləyib:

“Azərbaycanda vəkillərin sayına görə biz ümumi orta Avropa göstəricilərindən dəfələrlə geri qalırıq. Ona görə də müəyyən mənada başa düşülməzdir ki, niyə tutaq ki, fəlsəfə doktorları imtahansız Vəkillər Kollegiyasının üzvü ola bilməzlər, yaxud da bütün hakimlər və prokurorluq əməkdaşları.

Burada qeyd olunur ki, Apellyasiya və Kassasiya məhkəməsinin sədrləri. Sədrlər ümumiyyətlə, heç prosesi çox vaxt aparmırlar, işə çıxmırlar. Hakimlər onlardan daha çox təcrübəlidir, onlar daha çox təşkilati işlərlə məşğul olurlar. Özü də bütün hakimlər də, prokurorluq işçiləri də imtahan verirlər, onlar da bir neçə mərhələdən keçirlər. Ona görə də istənilən hakim, istənilən prokurorluq işçisi müraciət etməklə Vəkillər Kollegiyasına üzv olmalıdır. Onlara belə bir şərait yaradılmalıdır.

Hörmətli Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin üzvləri doğrudan da vəkillik institutunun nüfuzunun qaldırılması üçün son vaxtlar çox çalışırlar, o cümlədən vəkillərin sayının artırılması istiqamətində.

Amma biz mətbuatda tez-tez onunla rastlaşırıq ki, bəzi vəkillər intizam məsuliyyətinə cəlb olunur, vəkillik fəaliyyətlərinə xitam verilir və s.”

Q.Həsənquliyev ardınca bildirib:

“Bunların bəziləri müvafiq istintaq orqanının, yaxud məhkəmələrin qərarları əsasında baş verir. Amma biz vəkillik institutunun nüfuzunun artırılması üçün ora qəbulu çətinləşdirməməliyik.

Hesab edirəm ki, biz bu məsələlərə diqqət yetirməliyik ki, neçə vəkilin vəsatəti təmin olunub, neçə vəkilin şikayəti əsasında hakim, yaxud prosessual qanunvericiliyi pozan istintaq orqanının əməkdaşı məsuliyyətə cəlb olunub, cəzalandırılıb.

Biz mətbuatda bunlara rast gəlmirik. Amma vəkillərin cəzalandırılmasına rast gəlirik. Bu o demək deyil ki, onlar əsassız cəzalandırılır, haqlı cəzalandırılır. Amma hesab edirəm ki, bu, qarşılıqlı olmalıdır.

2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı və Milli Məclisin qəbul etdiyi qanunla Cinayət Prosessual Məcəlləsinə andlı iclaslar institutu daxil edilib. Amma o institut tətbiq olunmadan, 2009-cu ildə biz həmin institutu ləğv etdik.

Heç olmasa 1 şəhərdə belə tətbiq olunsaydı, biz görərdik ki, bu, effektlidir, yaxud effektsizdir. Amma məhkəmələrdə çəkişmə prinsipinin təmin olunması üçün, hansı ki, ora 12 nəfər andlı iclaslı seçilir, o müəyyənləşdirir kim təqsirlidir, kim haqlıdır, yoxsa yox.

Bunlar namuslarına, şərəflərinə and içirlər və başa düşürlər ki, sabah kiminsə haqqını pozsalar, onların da haqqı pozula bilər. Ədalət mühakiməsini həyata keçirmək üçün bu baxımdan hesab edirəm ki, həm də andlılar institutunu bərpa etmək və məhkəmə hüquq islahatlarını genişləndirmək lazımdır.

Biz ekspertiza haqqında qanun qəbul etdik, müstəqil ekspertizalar haqqında. Amma o qanun çox təəssüf ki, tətbiq olunmur.

O cümlədən xüsusi detektivlər haqqında da biz qanun qəbul etməliyik ki, vətəndaşlar bəzən onların xidmətlərindən istifadə etsinlər, öz hüquqlarını qoruya bilsinlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri