Icma.az
close
up
RU
“Onlara ağsaqqal, ağbirçək demək olmur“

“Onlara ağsaqqal, ağbirçək demək olmur“

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Allah rəhmət eləsin Əməkdar artist Zöhrə Abdullayevaya. Onun bir sözü var idi. Tez-tez deyirdi ki, “Ay Nüşabə, o vaxtkı yaşım olaydı, indiki başım”. Belə şey də olmur".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Sevilən səhər" verilişində deyib. O, keçmiş günlərə qayıtmaq istəmədiyini bildirib:

"Məndən hərdən soruşurlar ki, keçmişi qaytarmaq istəyirsən? İstəmirəm, artıq yaşamışam o günləri. Nə gözəl ki, yaşamışam da. Allah mənə bu ömrü verib və bu yaşa çatmışam. Səhvlərim də olub, düzlərim də. Səhvsiz insan olmur. Səhvimin cəzasını da çəkmişəm, peşman olmuşam. Onlar da keçmişdə qalıb. Təhsildə, qazancda, biznesdə, normal həyatda səhvlər olur. Bir də o günlərə qayıtmaram".

Sənətçi yaşa dolduqca insanın müdrikləşməsindən danışıb:

"Allahın verdiyi bir xoşbəxtlik var. Elə insanlar var ki, saçlarını, saqqallarını ağardırlar, amma nə cavanlıqda bir şey olublar, nə də yaşlaşanda. Yaşlaşanda saçı da ağarır, amma onlara ağsaqqal, ağbirçək demək olmur. Görürsən ki, Allah ona o gözəlliyi verməyib, müdrikləşdirməyib. Nə cavanlığında bir şey oldu, nə də yaşlaşanda. Demək ki, Allah o müdrikliyi ondan əsirgəyib. Hər adama o müdriklik verilmir. Amma bəzi insanlar var, dəli-dolu, gümrah, şux, dəli-dolu qadınlar var, yaşlaşdıqca dəyişirlər, müdrikləşirlər, başqa cür olurlar. Allah onları sevir. Onlara ağbirçək, ağsaqqal demək də olur. Üzlərindən də nur yağır.

Xoşbəxt o kəsdir ki, yaşlaşdıqca ağırlığı, sanbalı gəlsin. Biri də var ki, necə var idisə, elə də davam edir və ölüb gedir. Bu nəyə lazımdır?".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://axsam.az
archiveBu xəbər 20 Oktyabr 2026 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri