“Onlara görə bu sevgi reytinqləri yüksəldəcəkdi, amma əksi oldu”
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin bir vaxtlar ən çox izlənilən seriallarından olan “Kavak yelleri”nin ssenaristi Yiğit Güralp illər sonra layihəni yarımçıq qoyub getmə səbəbindən danışıb.
“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, o, layihəni baş qəhrəmanlardan olan Aslı və Efenin serialdakı sevgi münasibətlərinə görə tərk etdiyini bildirib.
Güralpın sözlərinə görə, kanal rəhbərliyi həmin vaxtlarda Aslı və Efe obrazlarının sevgi münasibətini dəstəklədiyini deyib: “Onlara görə bu sevgi reytinqləri yüksəldəcəkdi. Bu isə mənim mədəmi bulandırdı. Mən layihəni davam etdirsəydim, elə bir sevgi ola bilməzdi. Amma kanal və layihə rəhbərliyi məni ssenarini bu cür yazmağa vadar edirdi. Mən ən sonda “reytinqləriniz sizin olsun, mən gedirəm” dedim. Məndən sonra reytinqlər bir daha yüksək olmadı”.
Qeyd edək ki, serial 2007-2011-ci illərdə yayımlanıb. “Aslı”ya Pelin Karahan, “Efe”yə isə Dağhan Külegeç həyat verib.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 23 Fevral 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















