“Onlara hücum edib güclü zərbələr endirəcəyik” Tehranı hədələdi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrana qarşı irimiqyaslı və dağıdıcı hücumlar həyata keçirməyə hazırlaşdığını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ lideri oval kabinetdə jurnalistlərə açıqlamasında bildirib.
Ağ Ev rəhbəri Vaşinqtonun Tehrana qarşı hərbi təzyiqi maksimum dərəcəyə qaldıracağını açıq şəkildə elan edib:
“Biz onlara hücum edəcəyik, həm də çox güclü zərbələr endirəcəyik. İrana qarşı bombardmanları yenidən aktivləşdirəcəyik. Amerika ordusu ötən gün İslam Respublikasının hərbi obyektlərinə çox ağır zərbələr endirib və bu gün həmin hücumlar eyni intensivliklə davam etdiriləcək”.
Bu gün verdiyi digər bəyanatda Donald Tramp qeyd edib ki, İran rəhbərliyi ABŞ ilə münaqişənin nizamlanmasına dair danışıqları qəsdən uzadıb və artıq bunun üçün “ağır bədəl ödəmək” məcburiyyətində qalacaqlar. ABŞ lideri vurğulayıb ki, rəsmi Vaşinqton Tehrana saziş çərçivəsində onlar üçün “olduqca gözəl və əlverişli” şərtlər təklif etməyə hazır idi.
Xatırladaq ki, bundan əvvəl İranın hərbi rəhbərliyi ABŞ-nin təhdidlərinə kəskin reaksiya verərək, hər hansı bir hücum cəhdi olarsa, Amerikanın “sümüklərini sındıracaqları” ilə hədələmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 10 İyun 2026 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















