Icma.az
close
up
RU
“Onlara səhv etmək imkanı verməliyik” Nazir

“Onlara səhv etmək imkanı verməliyik” Nazir

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Uşaqlara səhv etmək və fikirlərini sərbəst ifadə etmək imkanı verməliyik”.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda innovasiya və sahibkarlıq mədəniyyətinin formalaşması erkən yaşlardan başlamalıdır:

“Sahibkarlıq yalnız ali təhsillə məhdudlaşmır, bunun təməli uşaq bağçasından və ibtidai sinifdən qoyulmalıdır. Risk götürmək, innovativ düşünmək – bunlar bilik və bacarıq deyil, münasibət məsələsidir. Bu münasibət valideynlərdən, məktəbdən, dostlardan, ümumi mühitdən formalaşır. Mənim şəxsi təcrübəm də bunu göstərir. Xaricdə magistr təhsili alanda ilk günlərdə fərqli düşüncə tərzinə uyğunlaşmaq çətin idi. Bu, bilik deyil, münasibət problemidir. Əgər insan belə mühitdə böyüməyibsə, birdən-birə ondan innovasiya gözləmək olmaz”, - nazir əlavə edib.

E.Əmrullayev qeyd edib ki, məktəb səviyyəsində uşaqlara funksional savadlılıq – riyazi və verbal bacarıqlar, eyni zamanda fikir bildirmək, səhv etmək və səhvlərdən öyrənmək imkanı verilməlidir:

“Bizdə mədəniyyət olaraq səhv üçün çox az yer var. Halbuki sahibkarlıqda səhv etmək təbiidir və bu, qorxulu olmamalıdır. Əgər məktəbdə müəllimlər şagirdlərə belə bir mühit yaratsalar, bir neçə ildən sonra risk götürən gənclər universitetlərdə özlərini göstərəcəklər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri