Icma.az
close
up
RU
Onlara Ulu Öndər Heydər Əliyev, Prezident, Ali Baş Komandan İlham Əliyev kimi liderlər gərək idi

Onlara Ulu Öndər Heydər Əliyev, Prezident, Ali Baş Komandan İlham Əliyev kimi liderlər gərək idi

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan öz xatirələrində Azərbaycan torpaqlarının necə işğal edildiyini, beynəlxalq təzyiqləri azaltmaq üçün hansı hiylələrə əl atdıqlarını və işğalın məqsədli şəkildə genişləndirildiyini açıq şəkildə etiraf edib. Onun "Həyat və azadlıq" adlı xatirə kitabında yazdıqlarından aydın olur ki, Ermənistan hökuməti Kəlbəcər işğal edildikdən sonra beynəlxalq təzyiqlə üzləşdiyi üçün diqqəti yayındırmaq məqsədilə Ağdamı da işğal etmək qərarına gəlib.
Köçəryan bildirir ki, Ağdamın işğalı Kəlbəcəri “arxa plana keçirmək” üçün həyata keçirilib. Onun sözlərinə görə, 1993-cü ilin iyul ayında Ağdama hücum planı Ermənistan hökumətindən gizlədilib və əməliyyat yalnız Qarabağdakı separatçı rəhbərlik tərəfindən təşkil olunub.
Belə ki, keçmiş prezident kitabında "Ermənistan hökumətinin Kəlbəcərin işğalından sonra digər torpaqların zəbt edilməsindən xəbəri yoxdur. 1993-cü ilin 29 iyulunda BMT-nin 853-cü Qətnaməsi qəbul olundu və beynəlxalq diqqət Ağdama yönəldi, Kəlbəcər arxa plana keçdi. Ağdamdan sonra Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı, Horadizi ələ keçirdik. Hər dəfə tutduğumuz rayonlardan qalan silahlarla növbəti kəndlərə, rayonlara hücum edirdik. Əhali panikaya düşüb özləri kəndləri, şəhərləri tərk edirdilər" deyə vurğulayıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bununla bağlı Demokrat.az-a danışıb.
-Vətən müharibəsində qələbəmizdən sonra Ermənistanın həm indiki, həm də keçmiş dövlət rəhbərlərinin davranışlarında bir-birinə kəskin zidiyyət təşkil edən hadisələr baş verməkdədir”
Əlbəttə, biz bunu özlüyündə müsbət hadisə hesab edirik ki, o qarşıdurmalar, inkarlar mahiyyət etibarilə həm siyasi, həm də hüquqi baxımdan ölkəmizin xeyrinə işləyir. Çünki əksər hallarda özünü ifşa dövlətimizin gələcəkdə beynəlxalq platformalarda işğal zamanı, həyata keçirilən qəddarlıqlar, amansızlıqlar, etnik təmizləmə, soyqırım və digər cinayətlərin sübutu üçün bunlar əldə əsas yaradır. Digər tərəfdənsə, onların daxilində hazırkı dövrdə qarşıdurma ruhunu gücləndirir. Öncə Levon Terpetosyan 1993-cü ilin avqustunda Yerkrapah hərbi terror təşkilatının qapalı tədbirində çıxışı oldu. Bu da ictimailəşdi. Onu Tatul Akopyan adlı bir jurnalist sonra özünün internet televiziyasında yayıb. Bu isə geniş reaksiyalar doğurmadı. Aradan uzun müddət sonra Albert İsakov adlı bloqer xaricdən buna diqqət yönəldib və tərcümə edib. Ondan sonra bu informasiya partlayışı baş verdi. Azərbaycan dövləti də, o cümlədən cəmiyyətimiz də həmin illərdə özünü nisbətən humanist, alim, şərqşünas, barışdırıcı və xüsusilə də 1997-ci ildə devrilməyə məruz qalan özünü bir siyasi qurban kimi aparan şəxsin əsli mahiyyətini görə bildi. Məlum oldu ki, Ermənistan çərçivəsində azərbaycanlıların tarixi yaşadığı ərazilərdən qovulması da Bakıdan və Sumqayıtdan, o cümlədən Gəncədən aparılan ermənilərin Ermənistanda milli dövlət quruculuğunda istifadəsi hamısı planlı olaraq baş veribdir".
Bizim dövlətimizin, xalqımızın üzərinə on illərdə vurulan bu yaralar, ittihamların heç bir əsası yoxdur
-Digər tərəfdən, Robert Köçəryanın kitabının hər hansı bir müddəaları dövrəyə çıxır və orada söylənilir ki, guya Ermənistan hərbi əməliyyatlarda iştirak etmirdi. Sanki bunlar hansısa bir hərbi planları özləri cızırdılar, uğurlar qazanırdılar və ondan sonra İrəvanı bununla razılaşdırmağa çalışırdılar. Bütün bu qeyd olunanlar əssasızdır, cəfəngdir, artıq dərəcədə bir neçə məqsədə xidmət edir. İlk növbədə Ermənistan şəhərində Köçəryan və onun bütün tərəfdarları, o cümlədən əsasən yaxın qohumları korrupsiya cinayətlərinə və digər əməllərinə görə məsuliyyətə cəlb olunublar. Özünü bəraət, yeni təqdimatlar, xalqın nəzərlərinə hər hansı fərqli planlarda, formalarda özlərini göstərirlər. Dövrün bütün o “naliyyətlərini”, halbuki aqressiyalarını, cinayətlərini qəhrəmanlıq nümunələri kimi təqdim edib, özlərini cəmiyyətə fərqli bir libasda göstərməyə çalışırlar. Digər tərəfdən, çalışırlar ki, Ermənistanı bu və ya digər formada o ittihamlardan xilas etsinlər.
Bakıda qurulan ədalətli məhkəmə prosesi ictimailəşəcək, bütün o məhkəmə dinləmələrinin Ermənistanın məsuliyyətini və bu təcavüzdə iştirakını tam miqyası ilə ortaya qoyacaqdır”
Çünki Qarabağda cəmi 4,38 min kv/km ərazidə nə qədər böyük ordu birləşmələrini yerləşdirmək mümkün idi ki, onun fonunda Köçəryanlar, Sarkisyanlar, Seyran-Ohanyanlar ya digərləri 7-8 milyonluq Azərbaycan xalqına qarşı bu cür genişmiqaslı savaş aparardılar? Prosesdə bilavasitə Ermənistan ordusu, o dövrdə Rusiyanın Yeltsinin rəhbərliyi ilə qüvvələri Qarbaçovun siyasətinin apararaq Azərbaycana əleyhinə savaşlarda Ermənistan tərəfindən iştirak edirdilər. Bunlar həm də Qarabağda yerləşmiş hərbi baza və digər ordu birləşmələri idi. Ona görə də Köçəryan kimilərinin kitabları, müsahibələri, açıqlamaları qeyri-realdır. 1993-cü ilin aprelində BMT-nin 822 saylı qətnaməsi qəbul edildi. Bu qətnamə Kəlbəcərin işğaldan azad olunmasını tələb edirdi və bu, Ermənistan üzərində ciddi beynəlxalq təzyiqlər yaratmışdı. O dövrdə Ermənistanın prezidenti Levon Ter-Petrosyan və Rusiya prezidenti Boris Yeltsin də Kəlbəcərin qaytarılmasını tələb edirdi.
Azərbaycana qarşı aqressiyanın müəllifi məhz İrəvan rejimi və onun hakimiyyətidir

- Başqa bir önəmli sübut məhz qəbristanlıqlardır. Onlar Erablur məzarlığı adlandırırlar, xüsusi titullu dəfn törənləri keçiriblər. Kilsə bilavasitə orada iştirak edir və həm o ordularını xaçdan keçirirlər ki, bizim üzərimizə sanki din savaşına gəlirlər. Digər tərəfdənsə dəfnləri də məhz oradan götürürlər. O məzarlıqlarda hamısının qarşısında harada öldükləri yazılıb. Bundan böyük sübut var? Harada döyüşüblər? Onlar hansı məkanda olub? Demək ki, bu Köçəryanı büsbütün inkar edir. Çünki o savaşı aparan, bizə qarşı təcavüzdə iştirak edən Ermənistanın hərbi qüvvələri idi. Bu gün daxildə Paşinyanla savaş aparan qüvvələr deyir ki, “sən Qarabağı verdin, bizim nailiyyətlərimiz əlimizdən alındı, Şahramaniyanın da əl qolunu bağlamısan”, “Qarabağın bütün dövlətçilik atributları İrəvanda qadağan olunub, biz aksiyaları keçirə bilmirik” bu kimi şüarlar səsləndirirlər.
Bütün bunların hamısı, bir daha onların hərbi cinayətlərini ortaya qoyur
-Təəssüflər olsun ki, 1993-cü ilə qədərki dövrdə istər Ayaz Mütəllibov olsun, istərsə də Xalq Cəbhəsinin məhz həmin o dövrdəki rəhbərləri Ermənistan və digər hərbi himayədarlarının qarşısında qorxaqlıq göstərmələri, ordunu formalaşdıra bilməmələri, siyasi müttəfiqlər yaratmamaları, ölkənin beynəlxalq məkana çıxarmamaları və iqtisadi cəhətdən dağılmaları, əhalidəki parçalanma müəyyən ərazilərdə o panika durumlarının yaranmağına səbəb olmuşdur. Bu, inkaredilməzdir. 1993-cü ildə açıqlaması yayılan Levon Ter-Petrasyan Ağdamın işğalı ilə bağlı danışır. Onun sonradan baş nazir təyin etdiyi Vazgen Sarkisyan deyir ki, bu xəbər yayılmasın, çünki bu bizi beynəlxalq aləmdə biyabr edər, zərbə gətirər, çünki Ağdam Azərbaycan ərazisidir, sözünü söyləyirlər. Necə ki, vaxtı ilə Tomas De Vola müsahibəsində Sarkisyan Xocalı ilə bağlı etiraflar edib. Amma bu kitabların içərisində özlərinin, silsilə maraqları ilə yanaşı Azərbaycan əhalisini büsbütün heç bir müqavimət göstərməmiş və igid övladlar əslində 1990-cı illərdə də vardı.
Köçəryanın öz kitabında açıq şəkildə etiraf etdiyi bu faktlar Ermənistanın işğalçılıq siyasətinin əyani sübutudur
-Onun dedikləri göstərir ki, işğallar beynəlxalq təzyiqləri yayındırmaq üçün ardıcıl şəkildə həyata keçirilib və Ermənistan hökuməti belə, bu proseslərə tam nəzarət edə bilmirdi. Onlara Ulu Öndər Heydər Əliyev, Prezident, Ali Baş Komandan İlham Əliyev kimi liderlər gərək idi. Bu milləti səfərbər etsin, savaşa qaldırsın və onların igidliyi sayəsində heç torpaqlarımızı itirməyək. Bu, ayrı bir söhbətin mövzusudur. Ona görə də Köçəryanın bu kitablarında gələcək dövr üçün yenidən erməni xalqının başına keçmək kimi strategiyalar, planlar, ssenarilər cızılır. Azərbaycan 2020-ci ildə Qarabağı işğaldan azad edərək, bu planları alt-üst etdi və regionda yeni reallıq yaratdı. Ermənistanın bu cür siyasəti isə regionda sabitliyi pozmaqdan başqa heç bir nəticə vermədi. Bu gün Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa edib və Qarabağda quruculuq işləri aparır. Ermənistan isə hələ də işğalçılıq siyasətinin ağır nəticələrini yaşamağa davam edir.
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə ictimai və dövlət maraqlarının müdafiəsi istiqamətində hazırlanıb.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Fevral 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see136

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see128

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see118

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see117

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see116

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see116

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110

Ermənistan klubu ilə oyunlara görə 10 illik cəza aldılar

17 İyul 2025 09:55see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri