Onlara verilən müavinətlər artırıla bilər
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Azərbaycanda üç yaşınadək uşağa qulluğa görə verilən müavinət artırıla bilər.
Modern.az xəbər verir ki, sözügedən məsələ 2026-28-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə əksini tapıb.
Qeyd olunur ki, üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı tədbir görüləcək.
Məlumat üçün bildirək ki, sığortaolunanın qismən ödənişli sosial məzuniyyət əmri sığortaedən tərəfindən "Əmək və məşğulluq" altsistemində yaradıldıqda sığortaolunana üç yaşınadək uşağa qulluğa görə müavinət qanunvericiliklə müəyyən olunmuş məbləğdə avtomatlaşdırılmış qaydada təyin edilir.
Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə yaşyarımadək uşağa qulluğa görə 44 manat, uşağın yaşyarımdan üç yaşınadək ona qulluğa görə isə 28 manat müavinət ödənilir.
Əlilliyi olan üç yaşınadək uşağa qulluğa görə müavinət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müavinət məbləğinin ikiqatı miqdarında verilir.(oxu.az)
Baxış sayı:133
Bu xəbər 15 May 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















