Icma.az
close
up
RU
Onlara vicdan arzulayıram Ramin Musayev legioner limitinin ləğvi haqda nə dedi?

Onlara vicdan arzulayıram Ramin Musayev legioner limitinin ləğvi haqda nə dedi?

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birvaxtlar Ramin Musayev ölkə futbolunun ən populyar adamlarından idi. Amma 2022-ci ilin iyulundan, yəni Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən gedəndən bəri kölgəyə çəkilib.

"Football-plus.az" onunla müəyyən məsələlər ətrafında söhbətləşdi.
- Ölkə çempionatının oyunlarını izləyirsizmi? Sizin dövrünüzlə müqayisədə çempionatın səviyyəsində artım var, ya yox?
- Bəli, izləyirəm. Bir qədər qəliz sual verdiz. Bəzi çempionatlar bizim dövrümüzdə daha maraqlı olub, bəziləri indikilərin dövründə. Hər il fərqlidi. Maraqlı qarşılaşmalar izlədik. Gərgin oyunlar olur. “Araz-Naxçıvan” və “Turan Tovuz” bu mövsüm gözəl start götürüb. Bütün komandalara uğurlar arzulayıram. “Sabah” bir qədər geriləyib. Düşünürəm ki, onlar da normal oyun göstərməyə nail olacaq. Yəqin ki, “Sabah” köklü bir komanda qurmaq niyyətindədi. Tam istədikləri alınmır.
- PFL-in yeni rəhbərliyinin işindən razısızmı?
- Çox razıyam.
- Uzun müddətdi futboldan uzaqsız. Bu müddətdə futbol ictimaiyyətindən sizlə əlaqə saxlayan, ünsiyyətdə olduğunuz futbol adamları varmı?
- Media nümayəndələri ilə əlaqəm var. Mənim zamanımda “Neftçi”də olan futbolçular əlaqə saxlayır - həm legionerlər, həm də yerli futbolçular. Hazırda çalışan məşqçilərdən Ayxan Abbasov mənimlə maraqlanır. Ona da təşəkkür edirəm. Aftandil Hacıyev də əlaqə saxlayır. Tərlan Əhmədov işləməsə də, mənimlə maraqlanır.
- Yeni mövsümdən legioner limitinin ləğv olunacağı ilə bağlı müzakirələr gedir. Eyni zamanda 11 legioner meydana çıxa biləcək. Bu addım Azərbaycan futboluna nə verəcək, inkişafa, yoxsa tənəzzülə aparacaq?
- Çox yanlış fikrdi. Legioner limitinin artması legionerlərin pul qazanmasına aparır. Başqa heç nəyə aparmır. Azərbaycan futbolu bu qərardan heç nə qazanmaz, ancaq məğlub olar. Ona görə ki, yerli futbolçulara şans verilməyəcək. Onda millinin baş məşqçisindən hansı nəticəni tələb etmək olar? İstər incisinlər, istərsə də inciməsinlər, mən nə varsa, onu deməliyəm. Heç bir klubu yığma düşündürmür, hər biri ancaq rəhbərliyi və sponsoru qarşısında nəticə verməyə çalışır. Millimizi düşünən komanda görmürəm və hiss eləmirəm. Bu limit dəyişəndən sonra hansı irəliləyişdən danışa bilərik? Yenə də legionerlər qazanacaq. Heç nəyi gizlətmək olmur. Şükürlər olsun ki, arxiv var. Bu arxiv Peşəkar Futbol Liqası yaranandan bəri fəaliyyət göstərir. PFL-in yaranmasından əvvəlki dövrə də təsadüf edir, hansı futbolçuların gəldiyi, nə qədər oyunda iştirak etdiyi yazılıb. Gəlin “Neftçi”də çalışdığım dövrdəki legionerlərə nəzər yetirək. Heç bir legioner ehtiyat oyunçular skamyasında əyləşmədi. Zədədən sonra meydana çıxmaya bilərdi. Ancaq legioner futbolçuların hamısından istifadə olunub. Bu gün elə komandalarımız var ki, hər 6 aydanbir legioner dəyişir. Bəs kim qazanır deyə soruşsaz, deyərəm ki, həmin legionerlər qazanır. Vaxından əvvəl göndəriləndə klub cərimələnir. Bunlar həm kluba, həm də Azərbaycan futboluna ziyandı. Həmin pulları yerli futbolçulara və akademiyaya xərcləsələr, maksimum 5 ildən sonra artıq bəhrəsini görə bilərlər. Necə ki, keçmiş “İnter” oyunçu transfer edə bilmədi, aşağı yaş qrupundan, yəni əvəzedici heyətindən yararlandı. Hətta avrokuboklara vəsiqə qazandı. Bu faktdı. Peşəkar Futbol Liqası yaranan kimi bizim təşəbbüsümüzlə əvəzedici heyət yarandı. Həmin vaxt aparıcı klublar bir qədər etiraz etdi. Onlara əvəzedici heyətlə oynamaq maraqlı deyildi.
- İl dəyişdi... 2025-də azərbaycanlı azarkeşlərə və futbol ictimaiyyətinə nə arzulayırsız?
- İlk növbədə cansağlığı, sonra isə uğurlar. Kimlər ki vətənini və idmanını düşünür, onlara uğurlar arzulayıram. Kimlər düşünmürsə, onlara vicdan arzulayıram.
ƏSƏD SEYİDOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Yanvar 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri