Onlara yüksək vəzifələr verildi Vergi Xidmətində YENİ TƏYİNATLAR
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsində kadr dəyişiklikləri olub.
Milli.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmrlər imzalanıb.
Belə ki, Aksiz markalarının satışı və tətbiqinə nəzarət şöbəsinin rəisi Fərid Hacıyev vəzifəsindən azad olunaraq Təhlil şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
İndiyədək Sənədlərlə iş şöbəsinin rəisi vəzifəsində çalışan və Vətəndaşların qəbuluna məsul şəxs olan Əşrəf Əliyev isə Markaların dövriyyəsinə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Təhlil və əlaqələndirmə şöbəsinin rəisi olmuş Elşən Əmrahov da Təqib və izləmə sisteminə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Vətəndaşların qəbuluna məsul şəxs vəzifəsinə isə Gülşən İslamova təyin edilib.
Mehman Əsədov
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 09 Yanvar 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















