Icma.az
close
up
RU
Onları Azərbaycana qarşı döyüşməyə Əsəd rejimi GÖNDƏRMİŞDİ

Onları Azərbaycana qarşı döyüşməyə Əsəd rejimi GÖNDƏRMİŞDİ

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dekabr ayında Suriyada Bəşər Əsədin rəhbərlik etdiyi hakimiyyət devrilib. Noyabrın 27-də hücuma başlayan “Heyət Təhrir əl-Şam” qruplaşması 12 gün ərzində paytaxt Dəməşqə çatıb. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb.

Hazırda Suriyada yeni hakimiyyət qurulub. Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqə gedərək yeni hakimiyyətə dəstək ifadə edib.

Azərbaycan da Suriyada hakimiyyətin devrilməsindən sonra yeni hakimiyyətlə ilk əlaqə quran ölkələrdən biri olub. Azərbaycan xarici işlər nazirinin müavini dekabrın son günlərində Suriyada olub və bu ölkənin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşüb.

Görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb. Azərbaycanın bu yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğu bildirilib. Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub.

Ertəsi gün Azərbaycanın Suriyaya ilk humanitar yardım karvanı yola düşüb. Yardım konvoyu 200 tona yaxın qida və ərzaq məhsullarını əhatə edir və 10 maşından ibarətdir.

Modern.az xatırladır ki, Bəşər Əsədin hakimiyyəti dövründə Suriya daha çox Ermənistanla yaxın əlaqələrə malik olub.

Ermənistan hakimiyyəti Suriyaya humanitar yardım adı ilə Dəməşqə hərbi dəstək göstərib. Bunun müqabilində Bəşər Əsəd rejimi 2020-ci ilin fevralında “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul etmişdi. ASALA terror təşkilatının üzvləri arasında da Suriyadan gələn ermənilər üstünlük təşkil edirdi. Əsəd rejimi onların güclənməsində xüsusi rol oynayıb.

İkinci Qarabağ müharibəsində Ermənistan tərəfindən döyüşən terrorçular da məhz Suriyadan və Livandan gətirilmişdi. Heç bir şübhə yoxdur ki, onların Azərbaycana qarşı döyüşməyə göndərilməsində Bəşər Əsədin və onun rəhbərlik etdiyi hakimiyyətin xüsusi rolu olub. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Suriyadan Ermənistana silah daşınmasına dair təkzibedilməz faktlar mövcuddur.

Həmin vaxt “Syrians for Truth and Justice” (STJ) təşkilatının yaydığı hesabatda deyilirdi ki, Rusiya Bəşər Əsəd hökumətinin köməyi ilə yüzlərlə suriyalını Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşməyə cəlb edib. Bunun üçün həmin şəxslərə pul ödənilib.

Sentyabr və oktyabr aylarında ölkənin Latakiya əyalətindəki Rusiyanın nəzarəti altında olan Xmeymim hərbi hava bazasından suriyalı muzdlu döyüşçülər Azərbaycana qarşı müharibədə ermənilərlə birgə vuruşmaq üçün göndərilib. Muzdlulara Liviyaya gedəcəkləri bildirilsə də, onlar Qarabağa gətirilib. Bu müddət ərzində 5 uçuş qeydə alınıb. Bundan başqa, ərəb muzdlularla yanaşı, Suriya mənşəli ermənilərin Livanın paytaxtı Beyrut və Suriya paytaxtı Dəməşqin hava limanlarından Ermənistana onlarla uçuşu təsdiqlənib. İlk iki dəstə oktayabrın 21-də Ermənistana göndərilib. Bununla əlaqədar döyüşçülərə və ailələrinə yanlış məlumat verilib. Hətta bir çox ailə oğullarının Liviyada müəyyən tapşırıqları yerinə yetirmək əvəzinə, Ermənistanda döyüşdüklərini eşidəndə şoka düşüblər.

Suriyalı muzdlu döyüşçülər Xmeymim hava bazasından Rusiya hərbi təyyarəsi ilə Ermənistana – Erebuni hava limanına aparılıblar. Muzdlular sentyabrın 19-22-də ardıcıl uçuşlarla göndərilib. Digərləri oktyabrın 12, 21 və 27-də göndərilib. Sentyabr və oktyabr aylarında Rusiya Qarabağda ölən azı 15 suriyalı muzdlu döyüşçünün cəsədlərini geri daşıyıb. 12 yaralı da Homs hərbi xəstəxanasına köçürülüb.

Təsadüfi deyil ki, Əsədin devrilməsindən narahat olanlar arasında erməni ekspertlər xüsusilə seçiliblər. Suriyada yaşayan erməni icmasının sonrakı taleyi müəmma içərisindədir. Həmin icma Bəşər Əsəd hakimiyyəti ilə Ermənistan dairələri arasında körpü rolunu oynayıb.

Beləliklə, Ermənistan Əsəd rejiminin timsalında daha bir dəstəkçisini itirib. Əsəd rejimin yıxılması Ermənistanın bu ölkədəki mövqeyinə zərbə vurub.

Ekspertlər yeni hakimiyyətin Azərbaycanla əlaqələrinin müsbət olacağını düşünür. Suriyanın yeni hakimiyyəti beynəlxalq platformalarda da Azərbaycanı dəstəkləyəcək.

Rəsmi Bakı Suriyada sabitliyin təmin edilməsində maraqlıdır və qarşıdakı dövrdə yeni hakimiyyətlə əlaqələri gücləndirməyə çalışacaq.

Modern Təhlil və Araşdırma Qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Yanvar 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri