Icma.az
close
up
RU
ONLARI ƏFV EDİN AzPolitika onlayn siyasiictimai qəzet

ONLARI ƏFV EDİN AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nurəddin İSMAYIL

Hərbi, siyasi, iqtisadi, mədəni sahədə əməkdaşlığımız, Türkiyənin regionda və dünyada artan nüfuzu Azərbaycanı beynəlxalq arenada təklənmə siyasətindən xilas etdi. Bu birlik dünənə qədər Azərbaycanın dövlət müstəqilliyini təhdid edən, onun suveren hüquqlarını saya salmaq istəməyən, təcavüzkar Ermənistanı üstümüzə qısqırdan Rusiya və İranın məkrli planları qarşısında sarsılmaz sipər oldu.

Siyasət özündən güclü dövlətlərlə daha tədbirli, daha incə davranmağı tələb edir. Azərbaycan 44 günlük müharibədə ən böyük təhlükənin, Ermənistanın bizə qarşı təcavüzünə ən böyük dəstəyin Rusiyadan gəldiyinin fərqində oldu və bu şər imperiyasının neytrallaşdırılması üçün yaranmış beynəlxalq şəraitdən zamanında bəhrələnldi. Müharibə başlayan ilk gündən və ondan da çox əvvəl Ermənistana hər cür hərbi, siyasi, humanitar yardım edən molla rejiminin - İranın da ölkəmizə qarşı məkrli planları diplomatik süzgəcdən keçirildi və bu ölkə ilə münasibətlərin məsafəli forması tətbiq edildi. Ölkənin xarici siyasətində MDB ölkələri ilə ikili əlaqlərin yüksək səviyyədə qurulması, İslam ölkələrinin daxil olduğu təşkilatlarla münasibətlərin yeni dinamikası, İrandan gələn basqılara baxmayaraq İsraillə hərbi, siyasi əlaqələrin qorunub saxlanılması prioritet olaraq ön plana çəkildi. Qarşılıqlı iqtisadi maraqların təmin edildiyi bir sıra Avropa ölkələri ilə də beynəlxalq çəki gətirən əlaqə formaları quruldu. Xarici siyasət sahəsində əldə edilən bu gəlişmələr istər son müharibə, istərsə də post müharibə dövründə ölkənin ictimai nüfuzunun möhkəmlənməsinə xidmət etdi.

Lakin təəssüflə qeyd edilməlidir ki, xarici siyasətdəki bu uğurların daxili siyasətdə təzahürləri qabarıq şəkildə görünmür. Yaşayış minimumunun istehlak səbətinə uyğun olmadığı bir şəraitdə kəskin bahalaşmalar xalqın sosial vəziyyətini getdikcə ağırlaşdırır. Tətbiq edilən müxtəlif tipli cərimələr bu cərimələri ödəmək zorunda qalan əhalinin aldığı əməkhaqqı ilə daban-dabana ziddiyət təşkil edir. Cəmiyyətin sağlamlığı, təlim-tərbiyəsi işində xüsusi çəkisi olan tibb işçilərinin, müəllimlərin aylıq əmək haqqı bizdən yüz qat yoxsul Gürcüstan və Ermənistanla müqayisədə aşağı dərəcədədir. İşsizliyin sayı günü-gündən artır, işləyən təbəqənin isə aldığı maaş gündəlik minimum tələbatı ödəməkdən çox uzaqdır.

Bütün bunlar milli sərvətin ədalətsiz bölgüsündən xəbər verir. Yüksək əmək haqqı ilə təmin edilən nazirlər, komitə sədrləri, məmurlar unudur ki, onun bu komfort həyatı əsgər atalarının, qazi, şəhid valideynlərinin haqqına girməklə qazanılıb. Dövlət başçısının yüksək kürsülərdən məmur özbaşınalığı, süründürməçiliyi, rüşvət və korrupsiya çirkabına bulaşmaları haqqında kəskin fikirlər səsləndirməsinə baxmayaraq əlahəzrət məmurlar deyiləndən nəticə çıxarmaq istəmir.

Daxili quruluşumuzu narahat edən digər məsələ insan hüquq və azadlıqları ilə bağlı məsələdir. Beynəlxalq hesabatlarda yer alan bu neqativlər bir çox vaxtlarda qərəzli, siyasi təzyiq vasitəsi ola bilər. Lakin bu sahədəki hazırkı durum ondan xəbər vermir. Ən böyük rüşvətxorlar azadlıqda gəzdiyi halda, kiçik bir məbləğ rüşvət alma adı ilə jurnalistlərin, blogerlərin, siyasi aktivistlərin həbsə atılması nə dərəcədə ədalətlidir? Olsun ki, bu hallar baş vermiş, hansısa jurnalist ya ehtiyacdan, ya şirnikləşdirmədən öz peşəsinə yaraşmayan addım atmış. Digərləri öz siyasi mənsubiyyətindən doğan tələblərlə toplaşma azadlığından yararlanaraq mitinqə, piketə çıxmış və onu başqa bir adla həbs etmişlər.

Fikrimizcə, dövlət cəzalandırmada ata kimi sərt olduğu kimi bağışlamada, əfv etmədə ana kimi şəfqətli olmalı və öz övladına qucaq açmalıdır. Həbsdə olan, zindan həyatı yaşayan jurnalistlərin, siyasi aktivlərin, hüquq müdafiəçilərinin azadlığa buraxılması humanizm baxımından ədalətli olardı və inanırıq ki, dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Gününə ərmağan olaraq bu humanist addımı atacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri