Onları məhkəməyə verəcəyik Anar
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Azərbaycan Yazıçılar Birliyinə hücum kampaniyası davam edir, vaxtaşırı qızışdırılır, bəzi saytlarda və elektron resurslarda əsassız, heç bir real fakta söykənməyən informasiyalar tirajlanır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumatda qeyd edilib ki, Birlik haqqında, onun rəhbərliyi və məsul işçiləri barədə qarayaxma kampaniyası aparan şəxslərin həm keçmiş, həm indiki şər əməlləri ilə bağlı yaxın vaxtlarda hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Məsələ ilə bağlı APA-ya açıqlama verən AYB sədri Xalq yazıçısı Anar məlumatı təsdiqləyərək bildirib ki, ən böyük böhtan atanları məhkəməyə verəcəklər.
“Yüz böhtandan heç olmasa beşini məhkəməyə verməliyik. Hamısını məhkəməyə verə bilmirik, çünki böhtan atanlar çoxdur. Bizə qarşı ittihamlar doğru olsa, deyərik ki, çox sağ olun. Əgər yalan olsa, deyərik ki, yalandır. Görsək ki, bu artıq açıq-aşkar böhtandır, o zaman məhkəməyə verəcəyik”, – deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 30 Yanvar 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















