Icma.az
close
up
RU
Onları qəbul etmirlər, amma onlarsız da olmur

Onları qəbul etmirlər, amma onlarsız da olmur

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir neçə gün öncə beynəlxalq ictimai rəy və araşdırmalar şirkəti olan "YouGov" yeni statistik araşdırma yayımladı. Şirkətin sorğusuna görə, bir çox avropalılar ölkələrindəki miqrantların çoxunun qeyri-qanuni olduğunu düşünür, lakin araşdırmalar göstərir ki, onların iddia etdiyinin əksinə qanuni miqrasiya daha çox yayılıb və miqrantlar həm yerli, həm də iqtisadi baxımdan həmin ölkələrin həyatında mühüm rol oynayır.

Dünyada immiqrantlara qarşı aqressiya yüksəldikcə onların əmək faliyyəti ilə məşğul olmasında da təbii olaraq problemlər meydana çıxır. Bu səbəblə dekabrın 11-də Avropa ölkələri bu məsələni müzakirə ediblər. Hüquq müdafiəçilərinin İkinci Dünya Müharibəsindən bəri Avropa qanunvericiliyinin əsasını təşkil edən miqrantların müdafiəsini zəiflədəcəyini söylədiyi dəyişiklikləri nəzərdən keçirən rəsmilər qanunsuz sərhəd keçidlərinin azalmasını bildiriblər. Onlar Avropadakı əsas siyasi partiyaların immiqrasiya ilə bağlı narazılıqdan sui-istifadə edən ifrat sağçı siyasətçilərin irəliləməsinin qarşısını almaq üçün daha sərt miqrasiya siyasəti qəbul etməsi məsələsini müzakirə ediblər.

Şuranın baş katibi Alen Berset Fransanın Strasburq şəhərində keçirilən müzakirələrdən sonra jurnalistlərə bildirib ki, Avropa Şurasını təşkil edən 46 ölkənin üzvləri miqrasiyanın yaratdığı "çətinlikləri" qəbul edərək, Avropa İnsan Hüquqları Konvensiyasına və Avropa İnsan Hüquqları Məhkəməsinə hörmətlərini bir daha təsdiqləyiblər. Berset 75 illik konvensiyanı "canlı bir alət" adlandırıb. Millətlər konvensiyanın hüquq və azadlıqlarına sadiqliklərini bir daha təsdiqləsələr də, ölkələrin "təhlükəsizlik kimi milli həyati maraqları qorumaq" məsuliyyətini də qəbul ediblər.

Şuraya qarşı şikayətlərə baxan konvensiya və məhkəmə, İtaliya, Danimarka və Birləşmiş Krallıq da daxil olmaqla, bəzi üzv dövlətlər tərəfindən getdikcə daha çox tənqid olunur. Onlar qanunsuz miqrasiya ilə mübarizə aparmaq və cinayət törədən miqrantları deportasiya etmək üçün nə tədbir görüləcəyi baxımından çox məhdud hərəkətə malik olduqlarını iddia edirlər.

Berset əlavə edib ki, 46 ölkənin nazirləri indi may ayında qəbul ediləcək miqrasiya ilə bağlı siyasi bəyannaməni və insan qaçaqmalçılığının qarşısını almaq üçün yeni bir tövsiyəni müzakirə etməyə başlayacaqlar.

Bu arada, Danimarka və Böyük Britaniyanın baş nazirləri ötən həftə "Guardian" qəzetinə verdikləri açıqlamada bildirdilər ki, münaqişədən, müharibədən qaçanlar istisna, daha yaxşı iqtisadi imkanlar arxasınca gələn miqrantların ölkələrə girişinə mane olmaq üçün miqrasiya nəzarətinin daha sərtləşdirilməsinə ehtiyac var.

AB-nin sərhəd və sahil mühafizəsi agentliyi olan "Frontex"in məlumatına görə, miqrasiya siyasi gündəmdə yüksək yer tutsa da, AB-yə qeyri-qanuni sərhəd keçidləri bu ilin yanvar-oktyabr ayları arasında ötən ilin eyni dövrü ilə müqayisədə 22% azalıb. Agentlik ilin ilk 10 ayında 152.000 icazəsiz sərhəd keçidi qeydə alıb. Bildirilir ki, Avropaya miqrasiyanın əksəriyyəti qanunidir və bir çox miqrantlar viza ilə daxil olub və sonradan qalma müddəti bitib.

AB qanunsuz miqrasiyanın qarşısını almaq üçün milyardlarla avro xərcləyib, Aralıq dənizi və Atlantik okeanını keçməyə çalışan miqrantların qarşısını almaq üçün Afrika və Yaxın Şərq ölkələrinə pul ödəyib. Amma eyni zamanda, əhalinin yaşlanması və işçi qüvvəsinin çatışmazlığı ilə üzləşən Avropa ölkələri xarici işçiləri cəlb etmək və öyrətmək üçün proqramlara investisiya qoyurlar.

2024-cü ilin rəqəmlərinə görə dünyada beynəlxalq miqrantların sayı təxminən 304 milyon nəfərdir. Bəzi məlumatalara görə, ABŞ-də (2025 rəqəmlərinə görə) təxminən 53.3 milyon immiqrant var. Bu dünyada ən böyük immiqrant populyasiyası hesab edilir və bu rəqəm ABŞ əhalisinin təqribən 15.8 %-i deməkdir. BMT rəqəmlərinə görə miqrantların təxminən 48 % qadın və qızlardan, digər 52 % isə kişilərdir.

Qadınlar daha təhlükəsiz və daha yaxşı gələcək qurmaq üçün miqrasiya edirlər, lakin buna cəhd etmək onları böyük risklərə məruz qoyur. Gender bərabərsizliyi, irqi ayrı-seçkilik və informasiyaya qeyri-bərabər çıxış onların işini daha da qəlizləşdirir. İş axtarmaq, sağlamlıq problemlərində müraciət, dəstək proqramlarından istifadə buna görə daha çətin olur ki, belə maneələr qadınların təhlükəsiz miqrasiyasını, xidmətlərdən istifadəsini və hüquqlarının onlara verdiyi fürsətlərdən istifadəsini çətinləşdirir.

Bir çox bölgələrdə miqrant qadınlar kənd təsərrüfatı, yüngül və ya ağır sənaye sahələrində, ev və ya baxıcılıq kimi nəzarətin zəif olduğu və istismarın inkişaf etdiyi sektorlarda az maaşlı və qeyri-rəsmi işlər görürlər. Bu isə çox vaxt uzun iş saatlarına, əmək haqqının tutulmasına, məcburiyyət və zorakılığa səbəb olur deyə bilərik. Ədalətli iş rejimi, insani münasibət təəssüf ki hər miqrant üçün əlçatan olmur, bir çox hallarda dil maneələri və deportasiya qorxusu onları yalnış yollara da yönləndirir. Bu risklərə baxmayaraq, bəzən çarəsiz qaldıqda qadınlar köçməyə, miqrasiya etməyə məcbur qalırlar.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri