Onları yenidən bir araya gətirən dəfn mərasimi oldu FOTOLAR
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Oktyabrın 17-si Argentinanın paytaxtı Buenos-Ayresdəki hotelin 3-cü mərtəbəsindən yıxılaraq həyatını itirən “One Direction” qrupunun keçmiş üzvü Liam Peyn ötən gün dəfn edilib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı britaniyalı müğənninin dəfn mərasiminə ailə üzvləri, yaxınları və dostları ilə yanaşı, keçmiş qrup üzvləri də qatılıb. İllər sonra onları bir araya gətirən mərasim Amerşemdə baş tutub.
Qeyd edək ki, Peyn Böyük Britaniyanın “One Direction” qrupunda çıxışı ilə məşhurlaşıb. O, qrupda Harri Staylz, Lui Tomlinson, Nayl Horan və Zeyn Maliklə birgə çıxış edib. Qrup 2016-cı ildə dağılsa da, Peyn solo çıxış edib.
Xatırladaq ki, Liam Peynin ölümünə görə 3 nəfər saxlanılıb. Onlar “ölüm təhlükəsində qoymaqda”, “narkotiklə təmin etmək və istifadəsinə şərait yaratmaqda” ittiham ediliblər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 21 Noyabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















