Icma.az
close
up
RU
Onların adından istifadə edib pul istədilər Devin Medya QALMAQALI

Onların adından istifadə edib pul istədilər Devin Medya QALMAQALI

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda Türkiyənin məşhur seriallarına aktyor seçimi adı altında vətəndaşların aldadıldığı və pulunun mənimsənildiyi iddia olunur. Məsələ ilə bağlı redaksiyamıza kütləvi şikayət daxil olub.

Modern.az-a verilən məlumata görə, sosial şəbəkələrdə “Devin Medya Akademi” tərəfindən yayımlanan reklamlarda Türkiyənin populyar seriallarının adları, afişaları və tanınmış aktyorlarının görüntülərindən qanunsuz istifadə edilir. Şirkət reklamlarda özünü "Serialın səlahiyyətli agentliyi" kimi təqdim etsə də, Türkiyədəki həmin film şirkətləri ilə əlaqə saxlanıldıqda belə bir agentliyi tanımadıqlarını və heç bir rəsmi əməkdaşlıqlarının olmadığını bildiriblər.

Müraciət edən vətəndaşların sözlərinə görə, dələduzluq mexanizmi sosial şəbəkə reklamları üzərindən işləyir. Belə ki, istifadəçi reklama klikləyərək ad, soyad və WhatsApp nömrəsini daxil edir. Qeydiyyatdan bir neçə saat sonra isə vətəndaşla əlaqə saxlanılır. Qeyd edək ki, zəng olunan nömrə “GetContact” tətbiqində çoxsaylı istifadəçilər tərəfindən "yüksək riskli nömrə", spam və dələduzluq şübhəsi ilə işarələnib.

Zəng zamanı vətəndaşlar pulsuz qeydiyyata dəvət olunsalar da, məkana yaxınlaşdıqda “blank doldurma haqqı” adı ilə 20 manat, seriallarda iştirak etmək üçün isə 1000 manatadək pul tələb olunur.

Daha əvvəl şirkətdə hüquqşünas işləmiş, lakin sonradan oradakı qanunsuzluqlara görə ayrılmış Xəyal Məmmədov Modern.az-a danışaraq bir çox faktları açıqlayıb. O bildirib ki, hazırda bu məsələyə görə 100-dən çox zərərçəkən vətəndaşın hüquqlarını təmənnasız müdafiə edir:

"Yaşanan qanunsuzluqların, vergidənyayınma hallarının çoxalması nəticəsində könüllü olaraq fəaliyyətimi dayandırdım. Biz Xalq artisti Nürəddin Mehdixanlı ilə birgə oradan ayrıldıq. Hazırda zərərçəkmiş vətəndaşlara təmənnasız köməklik göstərirəm.

Türkiyədəki serial heyətləri ilə əlaqə saxladıq. Onlar "Devin Medya" adında rəsmi agentlik tanımadıqlarını və bu cür saxta adlardan istifadə hallarına digər ölkələrdə də rast gəldiklərini dedilər. Şirkət "səlahiyyətli agentlik" olduğunu iddia edirsə, müqaviləsini təqdim etməlidir".

Hüquqşünas əlavə edib ki, "Reklam haqqında" Qanunun 5-ci və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 13-cü maddələrinə əsasən, istehlakçıya dürüst məlumat verilməlidir. Başqasına məxsus müəllif hüquqlarının, loqo və marka adlarının icazəsiz istifadəsi isə ayrıca cinayət məsuliyyəti yaradır.

Qeyd edək ki, bu, “Devin Medya Akademi” ilə bağlı yaşanan ilk qalmaqal deyil. Şirkət bundan əvvəl də 3 aylıq aktyorluq kursu adı ilə vətəndaşlardan 600 manat pul tələb etməkdə ittiham olunurdu. Hətta WhatsApp qrupuna əlavə edilmək üçün 871 nəfərin hər birindən 20 manat alındığı iddia olunmuşdu.

Şirkətin elanlarında Xalq artisti Həmidə Ömərova və Pərviz Malik kimi tanınmış şəxslərin dərs deyəcəyi iddia edilirdi.

Həmin zaman məsələ ilə bağlı danışan Xalq artisti Həmidə Ömərova adından icazəsiz istifadə olunduğunu təsdiqləmişdi:

"Yayda bir nəfər zəng edib belə bir kurs açıldıqlarını dedi və dərs deməyimi təklif etdi. Çəkilişlərim olduğu üçün vaxtımın olmadığını bildirib təklifi qəbul etmədim. O vaxtdan bəri onlarla heç bir əlaqəm olmayıb. Vətəndaşlardan öncədən pul alınması barədə isə ümumiyyətlə məlumatım yoxdur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 İyul 2026 07:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri