Icma.az
close
up
RU
Onların Bakıya axını başlayır: kirayə qiymətləri kəskin artacaq TARİX

Onların Bakıya axını başlayır: kirayə qiymətləri kəskin artacaq TARİX

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paytaxtda kirayə mənzillər sürətlə bahalaşır. Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Günay İsmayılqızının sözlərinə görə, artıq Nəsimi və Səbail kimi mərkəzi rayonlarda 1 otaqlı mənzillərin aylıq kirayəsi 550–750 manat civarındadır, hətta bəzi yeni binalarda bu rəqəm 1000 manata qədər yüksəlir.

Kirayə mənzillərin qiymət artımına əsas səbəb nədir?

Globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirov deyib ki, son yeddi ildə paytaxtda kirayə qiymətləri davamlı şəkildə artır:

“Artımın əsas səbəbi köhnə və istismar müddəti bitmiş binaların, habelə həyət evlərinin sökülməsidir. Bu layihələr çərçivəsində söküntüdən çıxan yüzlərlə ailə kirayə mənzillərlə təmin olunur ki, bu da bazarda tələbi artırır. Digər tərəfdən, sökülən ərazilərdə əvvəl kirayə verilən mənzillərin də bazardan çıxması təklifi azaldır. Sentyabr ayından başlayaraq qiymətlərin artması hər il müşahidə olunur. Yeni dərs ilinin başlanması və vətəndaşların yay istirahətindən qayıtması ilə kirayə mənzilə tələbat artır. Lakin ilin sonrakı aylarında qiymətlərin azalması müşahidə edilmir. Bunun səbəbi kirayə götürənlərin sayının kirayə verənlərdən bir neçə dəfə çox olması, yəni tələb-təklif balanssızlığıdır”.

Ekspert qeyd edib ki, bəzi mənzil sahibləri sadalanan hallardan istifadə edərək qiymətləri süni şəkildə qaldırırlar:

“Eyni zamanda son illər həm yerli, həm də xarici investorlar kirayə bazarına maraq göstərir, kiçik ölçülü mənzillər alaraq təmir edib icarəyə verirlər. Bu sahə hazırda gəlirli investisiya istiqamətlərindən birinə çevrilib. Mərkəzi rayonlarda, xüsusilə Nəsimi və Səbaildə yüksək kirayə qiymətləri əsasən xarici vətəndaşların və iş adamlarının burada yaşamağı ilə əlaqədardır. Bu ərazilərin park, bulvar və əyləncə mərkəzlərinə yaxın olması, eləcə də turist axınının artması qiymətləri yüksəldən əsas amillərdəndir. Burada 1 otaqlı məzinllərin qiymətləri 700-1000 manat arası dəyişir. Hətta 1000 manatdan yüksəyə təklif edilənlər də var. Dekabr ayına yaxın, Yeni il ərəfəsində İran, Türkiyə, Rusiya və digər ölkələrdən gələn turistlərin çoxalması səbəbindən “Sahil” və “28 May” metrostansiyaları ətrafında, bulvara yaxın ərazilərdə kirayə qiymətlərinin yenidən artması gözlənilir”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri