Onların “evdə” biləyi bükülmür
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli Premyer Liqasında 8 turdan sonra ev oyunlarında ən çox qol vuran komanda “Qarabağ”dır.
Futbolpress.az-ın məlumatına görə, “atlılar” doğma divarlar arasında keçirdiyi 4 matçda 10 qola imza atıb. Komanda bu görüşlərdə 3 qələbə qazanıb, 1 heç-heçə edib. Evində məğlubiyyətsiz yoluna davam edən “Qarabağ” 4 oyunda 6 qol buraxıb.
Çempionatda ev qarşılaşmalarında uduzmayan 5 komanda var. “Qarabağ”la yanaşı, “Zirə”, “Turan Tovuz”, “Sabah” və “Neftçi”nin doğma arenada biləyi bükülmür.
Azarkeşləri önündə ən çox xal toplayan isə “Zirə”dir. Rəşad Sadıqovun yetirmələri 5 matçda 3 qələbə qazanıb, 2 heç-heçə edib. Komanda Zirə İdman Kompleksinin stadionunda keçirdiyi görüşlərdə 11 xal toplayıb. 8 qol vuran “qartallar” 3 dəfə də məyus olub.
Doğma meydanda ən yaxşı göstərici “Sabah”a məxsusdur. Liqanın lideri keçirdiyi 3 ev görüşündə də qələbə qazanıb.
Ev matçlarında qalibiyyəti olmayan isə iki kollekti var. Autsayder “Araz-Naxçıvan” və “Şəfa” nominal meydan sahibləri olduqları görüşlərdə üç xala həsrət qalıb. Naxçıvan təmsilçisi matçlarını mövsümün əvvəlində Yevlaxda, daha sonra Şamaxıda keçirir. “Şəfa” isə müvəqqəti Sumqayıtda məskunlaşıb.
Bu turda həm “Araz-Naxçıvan”, həm də “Şəfa” ev oyununa çıxacaq. Birincilər “Qəbələ”ni qəbul edəcək, bakılılar isə “Kəpəz”in müqavimətini qırmağa çalışacaq.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 23 Oktyabr 2026 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















