Icma.az
close
up
RU
“Onların kitabı bağlandı” Prezident

“Onların kitabı bağlandı” Prezident

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün qəhrəmanlarımıza cansağlığı versin. Vətən uğrunda döyüşmüş, qəhrəmanlıq göstərmiş hərbçilərimizi biz hər zaman qiymətləndiririk. Biz gənc nəslin qəhrəmanlığı, şücaəti hesabına torpaqlarımızı geri aldıq, işğalçıları torpaqlarımızdan qovduq”.

Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu, uzun bir proses idi:

“İlk növbədə, dövlət quruculuğu prosesi getməli idi və güclü dövlət quruldu ki, bu gün Azərbaycan dünyada sayı o qədər də çox olmayan müstəqil siyasət apara biləcək ölkədir. İqtisadi inkişaf təbii ki, olmalı idi. Çünki bizə heç kim kömək etmirdi. Bu gün də heç kim kömək etmir və buna ehtiyac da duymuruq. Ona görə öz gücümüzə əsaslanaraq iqtisadi imkanlar yaratmalı idik ki, maliyyə imkanlarımız olsun. Güclü Ordu yaratmalı idik, bunu da etdik. Ordumuzu təchiz etməli idik, onu da etdik. Ordumuzun döyüş qabiliyyətini artırmaq üçün müntəzəm işlər gedirdi. Əlbəttə ki, gənc nəslin yetişdirilməsi. Vətənpərvərlik ruhunda, dövlətə, xalqa bağlı olan gəncləri yetişdirdik. Onlar 30 ildən sonra öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər və həm İkinci Qarabağ müharibəsi dövründə, həm də antiterror əməliyyatı dövründə böyük qəhrəmanlıq göstərmişlər. Bilirsiniz ki, indi bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir”.

Prezident əlavə edib ki, indi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır:

“İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir. Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir. Siz də – bu bölgədə yaşamış insanlar, onların davamçıları yaxşı bilirsiniz ki, düşmən işğal dövründə elə güclü istehkamlar qurmuşdu ki, onları yarmaq həm qəhrəmanlıq, həm də peşəkarlıq tələb edirdi. Hətta bir çoxları əmin idi ki, biz heç vaxt o müdafiə xətlərini keçə bilməyəcəyik. Çünki relyef düşmənin xeyrinə işləyirdi, illər boyu qurduqları mühəndis istehkamları onların xeyrinə işləyirdi. Xarici qüvvələr, xarici ölkələr onların arxasında idi – ilk növbədə, guya bu məsələ ilə məşğul olmaq mandatını alan ATƏT-in Minsk qrupu. Onların əsas məqsədi bu münaqişəni əbədi etmək, torpaqlarımızı əbədi işğal altında saxlamaq, gözdən pərdə asmaq, bizim başımızı aldatmaq və sonsuz danışıqları aparmaqla bu reallığı bizə qəbul etdirmək idi. Onların hər üçünün məqsədi bu idi, burada bunların üçü də bir amal uğrunda birləşmişdi. Halbuki bu ölkələrin arasındakı indiki münasibətlər göstərir ki, bu, çox nadir bir hal idi. Yəni, nəyi göstərirdi, hər üçü Ermənistanın arxasında idi, hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyirdi. Biri silah verirdi, biri siyasi dəstək verirdi, biri iqtisadi imtiyaz verirdi. Bax, biz buna qarşı mübarizə aparmışıq, buna qarşı müharibə aparmışıq. İkinci Qarabağ müharibəsi başlayanda bilinmirdi kim özünü necə aparacaq. Mən böyük gücləri nəzərdə tuturam. Belə bir ağır siyasi mühitdə, belə bir ağır relyefdə, belə bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyrü üstə qoymaq xalqımızın gücünü göstərir. Ancaq o vaxt da biz bilirdik, əminəm ki, siz də bilirdiniz, bütün xalq bilirdi ki, bu, necə deyərlər, işimizin hələ tam başa çatması deyil. Çünki müəyyən səbəblərə görə separatçılar hələ ki, bizim torpaqlarımızda öz yuvalarını saxlamışdılar, sülhməramlı qüvvələr bölgəmizə gətirilmişdi və bu da separatçılara, necə deyərlər, əlavə ürək-dirək verirdi. Onlar da hesab edirdilər ki, belə olan vəziyyətdə o separatçılıq davam edəcək və digər müxtəlif hadisələr baş vermişdir. Ancaq onlar bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi idi. Onlar bunu hesablaya bilməmişdilər. İlyarım bundan əvvəl birgünlük antiterror əməliyyatı separatçılığın kökünü kəsdi, onunla da məsələ bitdi, onların kitabı bağlandı. Bu gün də biz bu gözəl bayramı burada qeyd edirik. Mən sizi təbrik edirəm. Burada xoşbəxt yaşayın. Siz buna layiqsiniz. Uzun illər əzab-əziyyət içərisində yaşamışınız, bundan sonra o əzab-əziyyət qaldı tarixdə. Təbrik edirəm sizi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see452

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see422

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see327

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see325

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see278

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see254

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see250

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see243

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see225

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see223

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see216

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see214

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see211

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see208

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see198

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see187

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see187

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see174

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri