Icma.az
close
up
RU
“Onların mühakiməsi davam etdiriləcək” Hikmət Hacıyev

“Onların mühakiməsi davam etdiriləcək” Hikmət Hacıyev

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ermənistanın Azərbaycana qarşı iddialarına baxdıqda görürük ki, bəzi havadarlarının dəstəyilə onlar artıq keçmişin bir aləti olan, hər hansı bir funksiyası olmayan Minsk qrupunun hər bir vəchdə saxlanmasına da cəhd göstərirlər. Minsk qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz”.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

O bildirib ki, əgər kimsə Minsk qrupunu dirçəltməyə çalışa bilərsə, bunlar yalnız utopik fikirlər ola bilər.

Prezidentin köməkçisi vurğulayıb ki, Minsk qrupu yaradılanda onun təməlini məhz münaqişənin həll edilməsi təşkil edirdi: “Münaqişə yoxdur. Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin getdiyi bir şəraitdə Ermənistan tərəfi yenə də səmimiyyət nümayiş etdirməyərək Minsk qrupu kimi lazımsız bir alətin saxlanmasına çalışır”.

H.Hacıyev Azərbaycanın bu məsələdə israrlı olduğunu qeyd edib: “Hesab edirik ki, bu kimi məsələlər, xüsusilə də Ermənistanın Konstitusiyası ilə bağlı məsələləri aradan qaldırmasından sonra regionda sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşa bilər”.

Hikmət Hacıyem, həmçinin bildirib ki, hazırda Bakıda Azərbaycan xalqına qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayət əməlləri törətməkdə ittiham olunan şəxslərin məhkəmə prosesi həyata keçirilir və onlar ədalət məhkəməsi qarşısında cavab verirlər. Bu, Azərbaycan xalqının uzun müddətdir gözləntisi və haqlı tələbi idi. Xüsusilə ədaləti Azərbaycan Respublikası özü təmin etmiş olur.

Prezidentin köməkçisi Ermənistan rəhbərliyinin bu məhkəməyə qarşı bütün resurslarını səfərbər edərək lazımsız bir propaqanda kampaniyası apardığını bildirərək qeyd edib: “Onların havadarları, Avropa Parlamentində Ermənistanın maraqlarını təmsil edən müxtəlif lobbi qrupları Azərbaycana qarşı yeni qətnamə layihəsi qəbul etmək fikrindədirlər. Bütün bunlar xüsusilə məhkəmə ilə əlaqədardır”.

O bildirib ki, bu məhkəmədə mühakimə olunan şəxslər qanun qarşısında cavab verirlər. İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin azadlığa buraxılmağa çağırılması, onların əsir və girov adlandırılması beynəlxalq münasibətlərə, insanlığa qarşı bir təhqirdir və qəbuledilməz haldır. Onların mühakiməsi davam etdiriləcək.

“Amma bunun əksinə olaraq, Ermənistandan gözləntimiz odur ki, əgər regionda ədalətli sülhün təmin olunmasını istəyirsə və bunda maraqlıdırsa, məhkəmə ilə yaxından əməkdaşlıq etsin. Ermənistanın ərazisində olan, Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayət əməlləri törətmiş, hərbi cinayətlər törətmiş şəxslər var ki, onların da istintaqa və məhkəmə prosesinə cəlb edilməsinin təmin olunması həyata keçirilməlidir”, – deyə, H.Hacıyev diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Mart 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see334

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see277

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see262

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see250

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see249

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see234

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see225

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see217

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see199

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see193

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see192

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see191

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see190

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see182

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see178

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see170

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see164

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri