Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Onların qəhrəmanlığı dillərə dastan oldu Fəxri xiyabandan REPORTAJ

Onların qəhrəmanlığı dillərə dastan oldu Fəxri xiyabandan REPORTAJ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün - dekabrın 29-da II Fəxri xiyabanda dəfn olunub.

Dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəfndə iştirak edən bəzi şəxslər hisslərini Modern.az-la bölüşüblər.
Pilot İgor Kşnyakinin övladlarının müəllimi Rəna Kərimova faciəsən sarsılsığını bildirib:

i

-  Mən Kşnyakinin övladlarının müəlliməsi olmuşam. Onlar hər zaman rəqsə, rəsmlərə gedərdilər. Onun övladları çox fəal uşaqlardır. O qədər yaxşı valideyn idi ki, övladlarını hər yerə aparardı. Həyat yoldaşı da olduqca yaxşı anadır. Biz bu xəbəri eşidəndən özümüzə gələ bilmirik. Çünki əlimizdən heç nə gəlmir. İqor Kşnyakin məhv olacağını, ölümə getdiyini bildiyi halda insanları xilas etmək üçün əlindən gələni etdi. Qızları rusdilli ailədə doğulsalar da, Azərbaycan dilini də çox yaxşı bilirlər. Səhnədə Azərbaycanca danışırdılar. Bizim bir qızımız rusca bilmirdi. İqorun qızı onun yanında oturub dil öyrədirdi. Onlar Azərbaycanı çox sevirlər. Kşnyakinin  qızları bizim gözümüzün qarşısında böyüyüblər. Onların ən çox sevdiyi rəqs Azərbaycan rəqsləri olub. Həmçinin beynəlxalq festivalda Azərbaycanımızı layiqincə təmsil ediblər. Qızlar canlılara qarşı ürəyiyumşaq biridirlər. Çünki onların atası onları belə böyüdüb. Çox təəssüf. Bu gün bura gəlməyi özümüzə borc bildik. İqor Kşnyakin tək övladlarının deyil, hamımızın qəhrəmanına çevrildi.
 


Qəza nəticəsində həyatını itirən qəhrəmanları son mənzilə yola salan, azyaşlı Dadaş Mirzəzadə söyləyib ki, İqor Kşnyakinin övladları çox şanslıdırlar:

- Pilotlarımız və təyyarə bələdçisi Hökümə xanım əsl qəhramandılar. Biz onları daim xatırlayacağıq. Mən bu hadisəni öyrənəndə çox pis oldum. İqor Kşnyakinin övladlarl çox şanslıdırlar ki, belə bir ataları olub. Allah rəhmət eləsin. Onlar hamımızın qəhrəmanıdırlar.
 


Fəxri Xiyabana ziyarətə gələn Əli Azərli qeyd edib ki, Hökümənin "Hər şey yaxşı olacaq!" çağırışına heyran qaldığı üçün buradadır: 

- Hökümə xanımın “Hər şey yaxşı olacaq!” çağırışına heyran qalıb gəlmişəm. Artıq 3-cü gündür ki, bura gəlirəm. Bundan sonra vətənimiz, dövlətimiz üçün çox şeyin yaxşı olmağını arzulayıram. Bütövlükdə Azərbaycan xalqına başsağlığı verirəm. 
 


Hökümə Əliyevanın bibisi Kifayət Yusifova deyib ki, o, 12 yaşından hüquqşunaslığa qəbul olmaq istəyirdi:
 

- Deyirdi ki, beynəlxalq hüquqşunaslığı bitirib yüksək vəzifələrdə işləyəcəm. Qardaşımın qızı qəhrəmandır. O,  bütün dünyaya səs saldı. Hökümə soisla şəbəkələrdə status paylaşmağı sevməzdi. Deyərdi ki, buni niyə edirsiniz... İndi artıq bütün dünya onun rəsmini paylaşır. Bütün dünyaya səsini yayır... 
 

Hökümənin digər bibisi Əminə Yusifovanın sözlərinbə görə, qardaşı qızı hər kəsin sevimlisi oldu:
 

- Mən onunla qürur duyuram. O, qəhrəman qız idi, həmişə hamıya can yandırırdı. İşini çox sevirdi, heç vaxt şikayət etmirdi. Hər dəfə harasa uçanda, evdəkilər çox narahat olurdu, amma heç vaxt onun ölümü haqqında düşünməmişdik, bu gün isə ağlımıza gəlməyən faciəni yaşayırıq. Onun dəfninə şahidlik etmək bizim üçün çox çətindir.
 

H.Əliyevanın dəfndə iştirak edən üçüncü bibisi Şəhla Əliyeva onunla fəxr etdiyini dilə gətirib:


- Qardaşımın övladı ilə fəxr edirəm. O cəsur qız kimi nümunə oldu. Özü şəhidliyə yüksəldi, amma neçə insanın həyatını xilas etməyi bacardı. Hökümə daim ürəyimizdə yaşayacaq. Ruhu şad olsun.
 


Qəhrəmanlarımızı ziyarət edən tək onların yaxınları deyildi. Onları özlərinə doğma bilən hamı bu "üçlüy"ü son mənzilə yola salmaq üçün Fəxri xiyabana gəlmişdi.
Kəlbəcər sakini Tahirə Verdiyeva bu yükün bütün Azərbaycan üçün çətin olduğunu vurğulayıb.


- Xalq olaraq birlik nümayiş etdirib hər zaman özümüzü dünyaya sübut etməliyik. Qoy bilsinlər, nə qədər ki, Azərbaycan xalqı var, bizə heç kim heç nə edə bilməyəcək! Biz nə qədər şəhid oğlu və qızı olan bir xalqıq. Bu,  bizim ən böyük təsəllimizdir. Vətənin vətən olması üçün biz şəhid verməliyik. Bu gün də növbəti şəhidlərimizi  son mənzilə yola salırıq. Onlar ölümsüzlüyü qazandılar. Dünya fanidir və hər birimiz bir gün gedəcəyik.
 

Milli Qəhrəman Şahlar Şükürovun bacısı Həqiqət Şükürova çox hüznlü olduğunu söyləyib:


-Ökəmiz üçün ağır faciədir. Dünyasını dəyişən qəhrəmanlara, eyni zamanda digər vətəndaşlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. AZAL-ın pilotlarının göstərdiyi bu böyük qəhrəmanlıq dillərə dastan oldu. Hökümə bütün Kəlbəcərin fəxridir. Hər birimiz Hökümənin valideynlərinin yanındayıq. Həmçinin pilotlarımızın qəhrəmanlığı bu gün şagirdlərimizə örnək olacaq bir addımdır. Ölkəmizin Prezidenti cənab İlham Əliyevi Allah qorusun. Onun dik duruşu nəticəsində Rusiya prezidenti Vladimir Putin faciə ilə bağlı üzr istədi.
 

Dəfn mərasimində iştirak edən Hökümə Əliyevanın yaxın qohumu Teymuraz Əliyev dünyasını dəyişənlərə Allahdan rəhmət diləyib:


- Onun vaxtsız vəfatına görə çox təəssüflənirəm. Hökümə həqiqətən fitri istedada malik xanım idi. Universitetə hazırlaşdığımız dönəmlərdə Hökümənin istənilən mövzusunu mənimsəmə qabiliyyətinə şahid olmuşam. Xarici dili mükəmməl səviyyədə bilirdi. Xalqımızın başı sağ olsun!
 


Ziyarətçi Suğra Əliyeva Hökümə Əliyevanın əmisi nəvəsi olduğunu söyləyərək, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib:


“Bu xəbəri eşidən zaman hamı kimi mən də pis oldum. Çünki bizim üçün ağır və gözlənilməz xəbər oldu. Allah rəhmət eləsin. Yeri cənnət məkan olsun!. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Dekabr 2024 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri