Onların statusu hərbi qanunvericiliklə tənzimlənəcək
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Hərbi qulluqçuların statusunun müəyyənləşdirilməsi çox vacib məsələdir. Onların statusu hərbi qanunvericiliklə tənzimlənəcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Əli Hüseynli Milli Məclisin bu gün keçirilən iclasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputatın sözlərinə görə, dəyişiklik hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsinə və onların sosial-maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.
Əli Hüseynli layihədə nəzərdə tutulan digər dəyişikliyin məhkəmə ekspertizası idarəsində dövlət qulluğu keçən şəxslərin xüsusi geyim forması ilə bağlı olduğunu bildirib.
O, yaxın vaxtlarda “Özəl məhkəmə ekspertizası haqqında” qanun layihəsinin də plenar iclasa təqdim olunacağını xatırladaraq, hazırkı dəyişikliklərin vaxtında irəli sürüldüyünü vurğulayıb. Deputat Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası sahəsində çalışan əməkdaşlarının xüsusi geyim forması ilə fərqlənməsini məqsədəuyğun hesab edib və qanun layihəsinin dəstəklənməsini istəyib.
Zeynəb Rzayeva
Baxış sayı:36
Bu xəbər 16 Oktyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















