Onların təhsil xərcləri bu şərtlə ödəniləcək 700 dollardan çox olmasın
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Diplomatların və ailə üzvlərinin təhsil xərclərinin hansı qaydada təmin olunacağı müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qaydaya əsasən, nümayəndələr və onların (aparatlarının) işçilərinin ailə üzvlərinin qəbul edən dövlətdə ümumi təhsil pilləsi üzrə (məktəbəhazırlıq, ibtidai, ümumi orta və tam orta təhsil) təhsil xərcləri ilə bağlı müavinətin ödənilməsi üçün tələb olunan vəsaitlər xərclər smetasında nəzərdə tutulur.
Müavinət nümayəndələr və onların (aparatlarının) işçiləri ilə birlikdə yaşayan və ümumi təhsil pilləsi üzrə təhsil alan hər bir ailə üzvü üçün müvafiq təhsil müəssisəsi ilə bağlanılmış müqavilədə nəzərdə tutulan məbləğə bərabər, lakin ayda 700 ABŞ dollarından və ya müvafiq valyutada onun ekvivalentindən çox olmamaq şərtilə ödənilir. Təhsil xərclərinin müavinətdən artıq olan hissəsi nümayəndələrin və onların (aparatlarının) işçilərinin şəxsi vəsaiti hesabına ödənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 25 Aprel 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















