Icma.az
close
up
RU
Onların yaxınlarının sevincini görürük ŞƏRH EDİLDİ

Onların yaxınlarının sevincini görürük ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Hər kəsə məlum olduğu kimi, bu gün cənab Prezident İlham Əliyev növbəti Əfv Sərəncamını imzaladı. Ümumilikdə 175 məhbus azadlığa buraxıldı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bunlardan 16 məhbus əcnəbi vətəndaşlardır. Bu əlbəttə ki, cənab Prezident tərəfindən imzalanan ilk əfv sərəncamı deyil: "Bugünə qədər hər il Respublika günü ərəfəsində, əhəmiyyətli günlər ərəfəsində cənab Prezident tərəfindən əfv sərəncamı imzalanır. Eyni zamanda ölkənin birinci xanımı Mehriban xanım Əliyeva hələ millət vəkili olduğu zamanlarda onun təşəbbüsü ilə ölkəmizdə Amnistiya aktları həyata keçirilib. Düşünürəm ki, bütün bu aktlar, sərəncamlar əlbəttə ki, dövlətimizin humanizmindən irəli gələn addımlardır. Azərbaycan dövlətinin, onun başçısı cənab Prezidentin hər bir insanın taleyi ilə yaxından maraqlanması və hər hansı bir günah ucbatından, işlədiyi cinayət ucbatından cəza çəkməyə məhkum edilən insanların belə ailəsini və onların üzvlərinin düşünülməsi hər zaman dövlət başçısının diqqətindən yayınmamışdır. Onların səhhətinin nəzərə alınması, özlərini islah etmək koloniyalarında nümunəvi aparması və daha sonra cəmiyyətə yenidən qazandırılması, cəmiyyətə faydalı ola bilmələri üçün dövlətimiz və onun başçısı hər zaman əhəmiyyətli addımlar atmışdır. Bu sərəncamla azadlığa buraxılan 175 insanın hər biri bir taleydir. 175 insan taleyi dövlət tərəfindən xilas edilmiş olur. Bu əlbəttə ki, çox əhəmiyyətli bir addımdır. Bu insanların yenidən cəmiyyətə qazandırılması vacibdir. Əlbəttə ki, bundan sonrakı həyatları da artıq onların öz əllərindədir. Allah digər məhbuslarımızın da qapısını açsın və bundan belə hansısa bir cinayətin, düşünülməmiş addımın qurbanı olmamağa çalışsınlar. Cənab Prezidentimizə növbəti Əfv sərəncamı üçün ürəkdən təşəkkür edirik. Bu gün səhərdən etibarən azadlığa çıxacaq olanların siyahısı dərc olunduqdan sonra onların yaxınlarının təşəkkürünü qəbul edirik. Onların yaxınlarının sevincini görürük. Bu əlbəttə ki, çox əhəmiyyətli və təqdiredici bir addımdır. Bir daha hər bir vətəndaşımıza sahib çıxan dövlətimizə və onun başçısına minnətdarlığımızı bildiririk".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 May 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri