Icma.az
close
up
RU
Onlarla adamı ucuz aviabilet adı ilə aldatdığı iddia olunan qadın: Özüm də şikayət etmişəm

Onlarla adamı ucuz aviabilet adı ilə aldatdığı iddia olunan qadın: Özüm də şikayət etmişəm

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Sosial şəbəkənin Azərbaycan seqmentində istifadəçilər ucuz qiymətə aviabilet almaq üçün müraciət etdikləri şəxsin pulları mənimsədiyi iddialarını əks etdirən paylaşımlar edirlər.

Oxu.Az-ın məlumatına görə, onlar bildirirlər ki, təxminən 30-a yaxın şəxs Sayalı adlı xanıma bilet almaq üçün müraciət edib:

"Sayalı xanım dünyanın hər bir yerinə iki ilə yaxındır, ucuz biletlər satırdı. Çox adamda güvən yaratmışdı. Sonuncu dəfə avqustda bilet aldıq və bu adamdan xəbər çıxmadı, müxtəlif bəhanələr gətirdi. İki gün sonra öyrəndik ki, həmən ərəfədə sözügedən şəxs 30 nəfərə də bilet verməli imiş. Ümumi məbləğ Azərbaycan manatı ilə 28 000 manat edir. İnsanların bir qismi Tailandda ilişib qalıb, yarısı Gürcüstanda, yarısı Türkiyədə və s.".

Yuliya Lazareva adlı vətəndaş da Sayalı adlı həmin xanımdan şikayətçidir. O, Oxu.Az-a açıqlamasında bildirib ki, iki il öncə 530 dollar məbləğində xaricdən telefon aksesuarının gətirilməsini həyata keçirəcəyini deyən Sayalı xanım sifarişləri çatdırmayıb:

"2022-ci ilin dekabrında mən xaricdən telefon sifariş etmişdim. Telefon, bir həftə geciksə də, çatdırıldı. Bundan sonra telefonum üçün 530 dollar dəyərində müxtəlif aksesuarlar da sifariş etdim. Mənə martın 6-7-si çatdırılma ediləcəyi bildirildi. Martın 5-i Sayalı məndən 50% ödəniş etməyimi istədi. Mən ödənişi etdim. Hər dəfə "bu gün gələcək", "sabah gələcək" deyərək vədlər verdi. Lakin sifarişim gəlmədi. İki ildən çoxdur, nə sifarişim çatdırılır, nə də ki ödədiyim pul. Bu məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə elektron şikayət ərizəsi ünvanlamışam. 37-ci Polis Şöbəsində xanımın hər ay 50 manat ödəniş etməklə pulu geri qaytaracağı bildirilib".

Sayalı xanımla tanışlığı olan digər bir şəxs - Nurtən Əliyeva (ad, soyad şərtidir - red.) bildirib ki, sözügedən xanımdan nəinki Azərbaycanda, hətta Rusiyada da çox sayda vətəndaş şikayətçidir:

"Mənim Sayalı ilə tanışlığım təxminən 2019-20-ci illərdə olub. Sosial şəbəkədə pişiyin şəklini paylaşmışdı, onu başqasına vermək istəyirdi, bununla əlaqədar tanışlığımız olub. Düzü, bir müddət sonra aramızda anlaşılmazlıq yarandı və münasibətimiz pozuldu. Lakin Sayalı barəsində xeyli məlumatlıyam. O, əslən Kəlbəcərdəndir, məcburi köçkündür. Qohumlarının bir hissəsi Gəncədəndir. Atası, anası, bacısı Rusiyada yaşayırlar. Mən şikayətləri görəndə əvvəl heyrətə gəldim. Çünki Sayalı kasıb ailənin övladı deyil. Onun aldığı pulları qaytaracaq qədər imkanı var. Bakıda yoldaşı ilə yaşayır, aviabiletlərin satışı ilə məşğul idi. Mənim qızımın iki yaşı olanda o mənimlə əlaqə saxlayaraq üç min manat pul istədi ki, bəs xaricdən mal vurmalıdır. Mən də onunla cəmi iki dəfə görüşmüşdüm, həm buna görə, həm pulum olmadığı üçün ona pul vermədim. Sosial mediada edilən paylaşımlarda onun barəsində rəy bildirəndə çox sayda insan mənə yazdı. Sən demə, Rusiyada xeyli insanı aldadıb. Üç-dörd milyon rubl məbləğində insanlara borcu var. Onlar Sayalını Rusiyada da polisə veriblər". 

Barəsində şikayətlər səsləndirilən Sayalı Abbaslı isə iddialara cavab olaraq bildirib ki, Yuliya Lazareva ilə ödənişin hissə-hissə qaytarılması barəsində razılığa gəlinib:

"Yuliya Lazareva 37-ci Polis Şöbəsinə şikayət edib. Sözügedən bölmədən polis əməkdaşı mənə yaxınlaşıb izahatımı aldı. Mən də izahatımda müəyyən məbləğdə aybaay ödəniş edərək pulu geri qaytaracağımı bildirdim. Xanım razılaşdı. O ki qaldı aviabilet məsələsinə, bununla bağlı mən özüm ötən ilin avqust ayında Maştağada 14-cü Polis Şöbəsinə şikayət etmişəm. Şikayətimin səbəbi kiberdələduzluqla bağlıdır. Bu işim də artıq prokurorluqdadır". 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.Az-a bildirib ki, vətəndaş Yuliya Lazareva tərəfindən daxil olmuş müraciət əsasında ərazi üzrə polis şöbəsində təhqiqat araşdırması aparılıb:

"Araşdırmanın nəticəsi barədə vətəndaşa məlumat verilib və ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunub". 

Aviabiletlərlə bağlı aldadılma məsələsi ilə əlaqədar isə polisə hələ ki heç bir müraciət olmadığı bildirilib.

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Fevral 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri